“Nazarov özünü milli qəhrəman kimi göstərdi”

“Nazarov özünü milli qəhrəman kimi göstərdi”
ÖLKƏ FUTBOLU 11 Aprel 2017 / 19:25 5464
-  A +

“Aue” klubunun prezidenti Helqe Leonhardt komandanın azərbaycanlı futbolçusu Dmitri Nazarov haqda danışıb.

Qol.az-ın xəbərinə görə, Almaniya mətbuatına açıqlama verən II Bundesliqa təmsilçisinin rəhbəri son vaxtlar yaxşı formada olan millimizin üzvündən razılıq edib:

“Nazarovun əsas hədəfi Azərbaycan yığmasınən heyətində Almaniyaya qarşı oynamaq idi. O, həmin görüşdə özünü milli qəhrəman kimi göstərdi. Almaniyaya qol vurduğu üçün klubun düşərgəsinə də böyük enerji ilə qayıtdı. Həmin oyundan sonra Nazarov ən yüksək səviyyədə çıxış edir. Özünə tamamilə güvənir və bu inamı bütün komandaya ötürür”.

Qeyd edək ki, 27 yaşlı yarımmüdafiəçi Almaniya ilə oyundan sonra II Bundesliqanın 3 matçında iştirak edib. “Sankt-Pauli” və “Union Berlin”lə görüşdə məhsuldar ötürmə ilə yadda qalan futbolçu “Münhen 1860”la qarşılaşmada dubl edib.

Daha çox


Son xəbərlər
01.05.24  13:09

Qvardiola peşmandır