AFFA Almaniya ilə oyundan nə qədər gəlir əldə edib?

AFFA Almaniya ilə oyundan nə qədər gəlir əldə edib?
ÖLKƏ FUTBOLU 11 Aprel 2017 / 16:39 4852
-  A +

AFFA 2018-ci ildə Rusiyada təşkil olunacaq dünya çempionatının seçmə mərhələsində martın 26-da Tofiq Bəhramov adına Respublika stadionunda keçirilmiş Azərbaycan – Almaniya oyunundan əldə olunan gəliri açıqlayıb.

Qol.az-ın qurumun saytına istinadən yaydığı xəbərə görə, matçın bilet və SkyBox satışından, həmçinin hospitality (qonaqpərvərlik) xidmətindən AFFA-nın büdcəsinə ƏDV daxil olmaqla 204 min 691 AZN pul vəsaiti daxil olub.

Qeyd edək ki, Azərbaycan - Almaniya görüşü qonaq komandanın 4:1 hesablı qələbəsi ilə başa çatıb.

Daha çox


Son xəbərlər
26.07.26  21:24

Dzeko qalır

25.07.26  13:24

PSJ-dən "Atletiko"ya

topaz banner