Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev mayın 5-də keçiriləcək Azərbaycan kubokunun final oyununun məkanının dəyişdirilməsi ilə əlaqədar hər iki klubun azarkeşlərinin xahişinə münasibət bildirib.
Qol.az saytına açıqlamasında o deyib ki, PFL bu qərarı azarkeşlərə problem yaratmaq üçün bilərəkdən qəbul etməyib:
“Mənim həm “Qarabağ”, həm də “Qəbələ” azarkeşlərinə böyük hörmətim var. Onların narahatlığını da başa düşürəm. Amma bildiyiniz kimi, mayın 12-də Bakıda İslam Həmrəyliyi Oyunları başlayır. Bununla əlaqədar mayın 4-dən isə Bakıdakı stadionlar yarışın təşkilat komitəsinin tabeçiliyinə keçir. Bu səbəbdən biz final matçının Naxçıvanda keçirilməsinə qərar vermişik”.
“Bəs finalın Azərbaycanın başqa şəhərində, məsələn, Lənkəranda keçirilməsi mümkündürmü” sualına cavabında R.Musayev deyib ki, Lənkəran stadionunun ot örtüyü finalı qəbul etməyə imkan vermir: “Hazırda başqa stadionların ot örtüyü normal deyil. Naxçıvanda isə bununla bağlı işlər aparılıb və finala kimi meydança yaxşı vəziyyətə gətiriləcək”.
R.Musayev bildiririb ki, finalın Naxçıvandan başqa şəhərə keçirilməsi mümkün deyil.
Xatırladaq ki, "Qarabağ" və "Qəbələ" azarkeşləri bildiriblər ki, Naxçıvana getmək onlar üçün çətinlik yaradır. Azarkeşlərin bəyanatının ümumi məzmunu belədir:
- Naxçıvana Bakıda təyyarə ilə gediş-dönüş qiyməti bir nəfər üçün ən 100 manatdır. Bu pulu ödəməyə azarkeşlərinin çoxunun maddi imkanı çatmır.
- Avtomobil yolu ilə hərəkət isə çox uzun olmaqla yanaşı, digər ölkə hüdudlarını (məsələn, İran) keçdiyimizə görə xarici pasport tələb edilir. Bir çox azarkeşin isə xarici pasportu yoxdur. Üstəlik həmin ölkədən Naxçıvana gedib-qayıtmaq bir neçə gün vaxt tələbə edir.
“Liverpul” "Real"a qarşı
100 milyon təklif olundu, qəbul etmədi
Məşqləri izlətmişdi, cəzası bəlli oldu
Klub qənaət üçün futbolçuların maaşını azalda bilər
Messi üçün şou hazırladılar, azarkeşlər etiraz etdi
Arteta İngiltərənin ən çox qazanan məşqçisi oldu
“Liverpul”un futbolçusu sıradan çıxdı
“Barselona”da qapıçı problemi var
Zelimdən gümüş, Ömərdən bürünc medal - Dünya çempionatı
“Şahdağ Qusar” 6 qollu qələbə qazandı
Azərbaycan kubokunda yeni mövsümə start verildi
Azərbaycan millisi Türkiyə klubu ilə qarşılaşacaq
Səmədov Severinanı mükafatlandırdı
Tanınmış futbolçu karyerasını başa vurdu
Argentina Prezidenti Messiyə təşəkkür etdi
AFFA-dan 3 komandaya texniki məğlubiyyət
“Arsenal” Arteta ilə müqaviləsini uzatdı - Rəsmi
Azərbaycan millisi FİFA reytinqində gerilədi
Jesus Ronaldonun açıqlamasına belə cavab verdi
Keyn İngiltərə millisinin rekordunu təkrarladı
Artetadan maraqlı qərar: Pilotlardan məsləhət alacaq
1-ci liqada 19 günlük fasilə başa çatır
Skaloni Messinin vidasından danışdı
"Baş verənlər biabırçılıqdır” - Modriç
Montellanın Türkiyə millisindəki taleyi bəlli oldu
Avropa çempionatı: Daha 5 boksçumuz 1/4 finala yüksəldi
Tuhel İngiltərə millisində rekorda imza atdı
"Kəpəz"in legioneri Slovakiyaya qarşı oynadı
İspaniya Xorvatiyaya belə qalib gəldi - Video