Dünən Premyer Liqanın XXV turunda keçirilən "Zirə" - "İnter" oyununun (1:1) protokolunda tamaşaçı sayı 2000 nəfər göstərilib. Dünəndən sosial şəbəkədə ən çox müzakirə olunan mövzulardan biri budu.
Zirə Olimpiya Kompleksinin stadionu bu qədər tamaşaçı tutmur. Stadionunun tamaşaçı tutumunun 1200 nəfərlik olduğu bildirilir. Bəs 1200 nəfərlik stadiona 2000 nəfər necə yerləşib? "Zirə" - "İnter" qarşılaşması o qədər böyük marağa səbəb olub ki, azarkeşlər ayaq üstə matçı izləmək zəhmətinə qatlaşıb?
Fakt budur ki, həmin oyunda 2000 nəfər tamaşaçı olmayıb. Qarşılaşmanı canlı izləyən hər kəs təsdiq edə bilər ki, tribunaların yarısı boş olub. Bəs 2000 nəfər hardan çıxdı?
Yalnışlığın hardan qaynaqlandığını öyrənmək üçün oyunun AFFA nümayəndəsi Ramiz Abdullayevə müraciət etdik. R.Abdullayev matçın baş hakimini və stadionun direktorunu işarə verdi: "Onunla mən maraqlanmıram. Hakim yazıb, mən də onun protokolundan götürmüşəm. Hakim stadionun direktorundan soruşub, o da deyib 2000 nəfər. Bilet də satılmayıb. Onlardan götürüb öz protokoluma yazmışam. Mən heç nə bilmirəm. Onu direktor bilər, yazan hakim bilər".
Oyunun protokulu
AFFA nümayəndəsi sayı protokoldan götürdüyünü dediyindən qarşılaşmanın baş hakimi Ramil Diniyevə müraciət etdik. Referini cavabı belə oldu:
"Protokolu 4-cü hakim doldurdu. O da stadionun direktorundan soruşur. Oyun gedə-gedə azarkeşləri bir-bir saya bilmərik axı. Mən stadionların hamısının sayını bilmirəm axı. Bilet satılmır ki, dəqiq sayını bilək. Bu səbəbdən stadionun nümayəndəsinin raportuna əsasən say yazırıq. Dünənki oyunda da 4-cü hakim yazmışdı, sözün düzü mən baxmadım".
Baş hakim protokolu 4-cü hakim Rəhim Həsənovun doldurduğunu bildirir. Bu səbəbdən onun da əlaqə saxlamağı lazım bildik. FIFA referisi səhvi etiraf etdi: "1200 yazılmalı idi. Ola bilsin səhv gedib. Təxmini baxırıq ki, nə qədər azarkeş ola bilər. Sayı buna uyğun yazırıq. Yəqin diqqətdən yayınıb".
"Siz stadiona gedəndə azarkeş tutumu ilə maraqlanırsız" sualına Rəhim Həsənov "Əlbəttə" cavabını verdi.
"Dünənki oyunda stadionun yarısı boş olub. Belə olan halda 1200 nəfəri necə yazmaq olar" sualımıza cavabında isə referi bildirdi ki, tamaşaçıları özü sayıb və 1130 nəfər olduğunu müəyyənləşdirib: "Özüm 1130 nəfər saymışdım. Artmışdı. Buna görə 1200 yazmaq qərarına gəldim. Amma dediyim kimi səhvən 2000 nəfər yazmışam".
Mənbə: fanat.az
“Liverpul” "Real"a qarşı
100 milyon təklif olundu, qəbul etmədi
Məşqləri izlətmişdi, cəzası bəlli oldu
Klub qənaət üçün futbolçuların maaşını azalda bilər
Messi üçün şou hazırladılar, azarkeşlər etiraz etdi
Arteta İngiltərənin ən çox qazanan məşqçisi oldu
“Liverpul”un futbolçusu sıradan çıxdı
“Barselona”da qapıçı problemi var
Zelimdən gümüş, Ömərdən bürünc medal - Dünya çempionatı
“Şahdağ Qusar” 6 qollu qələbə qazandı
Azərbaycan kubokunda yeni mövsümə start verildi
Azərbaycan millisi Türkiyə klubu ilə qarşılaşacaq
Səmədov Severinanı mükafatlandırdı
Tanınmış futbolçu karyerasını başa vurdu
Argentina Prezidenti Messiyə təşəkkür etdi
AFFA-dan 3 komandaya texniki məğlubiyyət
“Arsenal” Arteta ilə müqaviləsini uzatdı - Rəsmi
Azərbaycan millisi FİFA reytinqində gerilədi
Jesus Ronaldonun açıqlamasına belə cavab verdi
Keyn İngiltərə millisinin rekordunu təkrarladı
Artetadan maraqlı qərar: Pilotlardan məsləhət alacaq
1-ci liqada 19 günlük fasilə başa çatır
Skaloni Messinin vidasından danışdı
"Baş verənlər biabırçılıqdır” - Modriç
Montellanın Türkiyə millisindəki taleyi bəlli oldu
Avropa çempionatı: Daha 5 boksçumuz 1/4 finala yüksəldi
Tuhel İngiltərə millisində rekorda imza atdı
"Kəpəz"in legioneri Slovakiyaya qarşı oynadı
İspaniya Xorvatiyaya belə qalib gəldi - Video