"Neftçi"nin müdafiəçisi: "İnter" üzərində qazandığımız qələbə ilə sübut edəcəyik ki..."

XƏBƏR 6 Mart 2010 / 00:55 2253
-  A +

"Vaqif Sadıqovun komandamıza baş məşqçilik etdiyi zaman hər şey yaxşı vəziyyətdə idi. Elə indi də hər şey qaydasındadır". Qol.Az-ın müxbirilə söhbətində bu sözləri "Neftçi" klubunun müdafiəçisi Ruslan Abışov deyib. Abışov dünən millinin təlim-məşq toplanışından sonra "Neftçi"nin heyətində ilk məşqinə çıxıb. Fərdi məşqlərlə kifayətlənən Ruslan sabah kubokun 1/4 final mərhələsinin ilk oyunları çərçivəsində qarşılaşacaqları "İnter"lə matç haqqında danışıb: "İnter"lə oyun bizim üçün çətin olacaq. İnanıram ki, bazar günü qazandığımız qələbə ilə komandamızın yaxşı vəziyyətdə olduğunu bir daha sübut edəcəyik".

Son xəbərlər
03.05.24  17:16

Bir dövrün sonu

02.05.24  20:40

Avro-2024-ü buraxacaq