"İnter"də qalmaq istəyirəm" - Svanadze

"İnter"də qalmaq istəyirəm" -  Svanadze
ÖLKƏ FUTBOLU 10 Aprel 2017 / 17:50 2061
-  A +

"Komandamızı təbrik edirəm. Bizə dəstək olan hamıya, çətin vəziyyətdə köməyini əsirgəməyən AFFA-ya təşəkkür edirəm. Bizim üçün böyük nailiyyətdir. Həmişə yanımızda olan azarkeşlərimizi də təbrik edirəm".

Qol.az-ın xəbərinə görə, bu sözləri "İnter"in baş məqşçisi Zaur Svanade "Zirə" ilə oyundan (0:0) sonra keçirilən mətbuat konfransında deyib.

Gürcüstanlı mütəxəssis komandadakı gələcək taleyi haqda sualı da cavablandırıb: "Konkret bir şey deyə bilmərəm. Ancaq bu komandada qalıb işimi davam etdirmək istəyirəm".

"İnter" mövsümün sonuna 3 tur qalmış ən azı bürünc medalı özü üçün təmin edib. Svanadze çətin durumda komandanı bu yerə gətirməsi barədə də fikir bildirib: "Bizdə yaxşı futbolçular cəmləşmişdi. Onlar əsl peşəkar idi. Buna görə, onları motivasiya etməkdə çətinlik çəkmədim. Mövsümün ilk yarısında komandaya kömək olan, uğurlamızda pay sahibi olmuş iki oyunçu - Ruslan Abışov və Ağabala Ramazanova da təşəkkür edirəm. Onlar qışdan sonra komandadan ayrılsa da, ilk iki dövrədə qazanılan nəticələrdə böyük pay sahibi oldular".

Daha çox


Qarabağ FK
Son xəbərlər
topaz banner