Rusiyanın məşhur championat.com saytı Mahaçqalanın “Anji” klubunun azərbaycanlı futbolçusu Ayaz Quliyev barəsində yazı dərc edilib.
Qol.az-ın xəbərinə görə, yazıda əvvəlcə qeyd edilir ki, Azərbaycan mətbuatı Ayaz Quliyevin Ramil Şeydayevdən sonra milli komandalarında oynayacağına səmimi şəkildə inanır.
“Hər şey eyni ssenari ilə gedir. Ayazdan soruşurlar ki, o, Azərbaycan millisində oynamağa hazırdımı? O isə Aleksandr Səmədova xas tərzdə cavabdan diplomatik şəkildə yayınır. Quliyevi orada yaxşı tanıyırlar. Bu mənada, gənc futbolçunun “Anji”yə gedişi azərbaycanlılar üçün şok oldu. Ayazın bu transferindən sonra ona verilən iki sual:
- Siz erməni əsilli baş məşqçi Aleksandr Qriqoryanın rəhbərlik etdiyi komandaya keçdiniz. Yeni komandanızı seçməzdən əvvəl bu haqda düşünmüzdünüz?
- Mahaçqala Azərbaycana yaxındır. Demək olarmı ki, “Anji”ni seçməklə siz Azərbaycan millisinə də yaxınlaşdınız?
İndi gəl, bundan sonra onunla futboldan danış. O isə korrekt danışığına sadiqdir:
“Anji”nin baş məşqçisinin erməni, rus, ya azərbaycanlı olmasının fərqi yoxdur. Məgər, mən milli məsələyə görə futbol oynamamalıyam?”
Yazıda Ayaz Quliyevin Rusiyanın yeniyetmələrdən ibarət milli komandalarında uğurlu çıxışlarına da toxunulur. Daha sonra müəllif Sergey Titov Ayazın hazırda Rusiya Premyer Liqasının gənc ulduzlarından biri olduğunu yazır.
Moskva “Spartak”ının yetirməsi olan 20 yaşlı yarımmüdafiəçi qış transfer pəncərəsində “Anji”yə keçib.
Ayaz Quliyev "Spartak"la oyunda
“Bütün gənc futbolçular kimi Quliyev onun güclü tərəflərini bilən məşqçinin yanına düşməliydi. Aleksandr Qriqoryan futbolçuların potensialını yenidən açmaq bacarığına malikdir. Ayaz Quliyev onun rəhbərli etdiyi “Anji”də əsas simalardan biri olmalıdır”.
Müəllif Rusiya Premyer Liqasının ötən həftə keçirilən 22-ci turunun “Zenit” – “Anji” matçında A.Quliyevin uğurlu çıxışına toxunur və onu bu matçın ən yaxşı oyunçusu adlandırır.
“Onun ötürmələrinin 71 faizi dəqiq oldu. Ümumi komandada bu göstərici 67 faiz idi. O 43 ötürmə etdi ki, bu da “Anji”də ən yaxşı göstərici idi. Topa 60 dəfə toxunuş da komandada ən yaxşı göstərici sayıldı.
Ümumiyyətlə, Ayaz çox mobil oyunçudur. O, müdafiədən hücuma keçən zaman “Anji”nin əsas oyunçusu ola bilir. “Zenit”lə oyunda qapıya uzaqdan zərbə vurmasa da, “Orenburq”la matçda bunları edirdi. O, qapıya 4 zərbə endirdi: hamısını da cərimə meydançasının kənarından. Quliyev zərbə vurmağa çox keyfiyyətlə hazırlaşır”.
Müəllif hesab edir ki, artıq bu yay Ayaz Quliyev Moskva “Spartak”ına qayıdaraq komandanın liderlərindən olan Denis Qluşakovun layiqli əvəzedicisi rolunu oynaya bilər: “Bunun üçün Ayazda tələb olunan bütün keyfiyyətlər var. Amma hazırda Ayaz qarşıdakı yarım il, bir il ərzində hansısa komandada əsas oyunçu kimi öz potensialını tam açmalıdır”.
Azərbaycan təmsilçilərinin ilk rəqibləri məlum oldu
Toral Bayramov oynadı, komandası “Şaxtyor”la heç-heçə etdi
Dzeko qalır
Messi komanda yoldaşlarına xüsusi hədiyyə verib
"Sumqayıt" "Kəpəz"lə heç-heçə etdi
"Şamaxı" Qətər klubuna böyük hesabla qalib gəldi
"Real" onunla razılaşdı
"Napoli" yetirməsi ilə yeni müqavilə bağladı
“Sabah” Finlandiyadadır
Türkiyə millisi Millətlər Liqasının qalibi oldu
"Qəbələ"dən ayrılan futbolçu Cənubi Koreya klubunda
Pirlo ilə bağlı araşdırma tələb olundu
PSJ-nin ulduzu yeni müqavilədən imtina etdi
Ərəblər onun üçün 132 milyon avro ödəməyə hazırdır
De Brüyne bu yay “Napoli”ni tərk edə bilər
Osimhen "Qalatasaray" rəhbərliyini sərt tənqid etdi
“Sabah”a KuPS-dan mesaj - Hələ hər şey bitməyib
Ferran Torresin hansı şərtlə satılacağı açıqlandı
Nəriman ehtiyatda qaldı
Messi “MLS ulduzlar matçı”nın heyətindən çıxarıldı
"Bayer"dən yeni transfer
"Bəzi yeni oyunçuların yolunu gözləyirik" - Kaxaber Sxadadze
"KuPS" "Sabah"la oyundan əvvəl qələbə qazandı
Mourinyo Vinisiusun gedişinə qarşı çıxdı
"Neftçi"nin qadınlardan ibarət komandası PAOK-a uduzdu
"Kəpəz"də zambiyalı futbolçu - Rəsmi
"Qəbələ" "Şəfa" ilə heç-heçə etdi
Azərbaycan klubu kamerunlu yarımmüdafiəçi aldı
"Əl-Hilal"dan 64 milyon avroluq transfer
Lukaş Fabianski karyerasını başa vurdu
Kamilo Duran "Milan"a da qol vurdu
Tanınmış hücumçu bu kluba keçdi
"Real"ın 100 milyonluq təklifi rədd edildi
Rəqibi təpiklədi, 5 illik cəza aldı
"Mançester Siti" Xusanovla müqaviləni uzatdı
Rodri "Real"la razılaşdı
"Everton" Qeyeni yola saldı
PSJ-dən "Atletiko"ya
Bakıdakı oyun avrokuboklarda TOP-5-ə düşdü
DÇ-2026-nın qəhrəmanının yeni klubu müəyyənləşdi
Urfan Abbasov "Kəpəz"də
“Qarabağ” azarkeşləri üçün biletlər satışa çıxarılır
Donnarumma uşaqlıq sevgilisi ilə evləndi - Şəkillər
Azərbaycanı dünya çempionatında təmsil edəcək hakimlər
Messinin Braziliya kökləri üzə çıxdı