“Belə oynasaq, çempion olacağıq” – Tahir Gözəl

“Belə oynasaq, çempion olacağıq” –  Tahir Gözəl
ÖLKƏ FUTBOLU 10 Aprel 2017 / 00:05 2516
-  A +

“Çox gözəl, gərgin mübarizə oldu. Fikrimcə, sürətli oyun idi. Hər iki komandanı təbrik edirəm”.

Qol.az-ın məlumatına görə, bu sözləri “Qarabağ”ın vitse-prezidenti Tahir Gözəl Topaz Premyer Liqanın 25-ci turunda "Qəbələ" ilə oyundan (0:0) sonra jurnalistlərə açıqlamasında deyib.

O, nəticədən razı olduqlarını, ancaq arxayınlaşmadıqlarını bildirib:  “Qarabağ”ın bir neçə real qol şansları var idi. Hətta son dəqiqələrdə də çox həyəcanlandıq. Nəticədən razıyıq. Amma heç vaxt arxayınlaşmaq olmaz. Xüsusən də zəif rəqiblərə qarşı oyunlar çətin alınır. Çünki futbolçularda rahatlıq yaranır. Ona görə komandadan sona qədər mübarizə gözləyirəm. “Qarabağ” belə oyun keyfiyyətini davam etdirsə, inşallah, çempion olacağıq”.

T.Gözəl son dəqiqələrdə Muarem Muaremin qaçırdığı real qol şansına görə çox üzüldüyünü də deyib: “Çox üzüldüm. Əgər qol olsaydı, möhtəşəm olacaqdı. Ancaq oyunçunu da başa düşmək lazımdır. Çünki kənarda durub çay içərək, “niyə vura bilmədin?” demək asandır. Yenə deyirəm, “Qarabağ”dan razıyam”.

Daha çox


Son xəbərlər
topaz banner