"Qəbələ"nin baş məşqçisi Roman Qriqorçuk Topaz Premyer Liqanın 25-ci turunda "Qarabağ"la oyundan sonra mətbuat konfransı keçirib. Qol.az-ın məlumatına görə, əvvəlcə, o, qolsuz bərabərə qaldıqları matçı şərh edib.
- Bizə qələbə lazım idi, amma buna nail olmadıq. Buna baxmayaraq, lazımı tapşırıqları futbolçular düzgün yerinə yetirdi. Önümüzə baxacağıq.
- Qara Qarayev oyuna daxil olduqdan sonra Cavid Hüseynov meydanda görünmürdü. Olmazdı ki, onu əvəzləyərdiniz?
- Belə müzakirələr etsək, səhərə qədər vaxt çatmaz. Düzgün olanı etdim. Belə lazım idi.
- "Qəbələ" çempion olmasa, komandada qalacaqsınız?
- Bir ay sonra nə olacağını indi deyə bilmərik. Hazırda fikirləşdiyim digər oyunlar və kubokun finalıdır.
- Sonadək bir hücumçu ilə oynadınız. Sizə qələbə lazım olduğu halda niyə ikinci hücumçunu meydana buraxmadınız?
- Biz bütün oyunu 4 hücumçu ilə oynadıq. Bu da nəticə əldə etmək üçün kifayət edirdi.
- Komandanızın çempionluq şansını necə dəyərləndirirsiniz?
- Necə olacağını indidən demək olmaz. Şanslara qalsa, "Qarabağ" daha şanslıdır. Bizim şansımız öz əlimizdə deyil. 3 oyun qalıb və bu, 9 xaldır. Maksimum nəticə qazanmağa çalışacağıq. "Qarabağ" bu gün yaxşı oynadı. Bizim ümidimiz sürətli oyuna idi. "Qarabağ" bunun öhdəsindən yaxşı gəldi.
- Gözlənilməz xal itkiləriniz oldu. Demək olarmı ki, "Qarabağ"dan öncə, "Qəbələ"nin rəqibi elə özü idi?
- Qalib gəlməli olduğumuz matçlarda xal itirmişik. 10-15 qol vəziyyətimiz olub və bunları dəyərləndirə bilməmişik.
- Siz daha çox kubok tipli oyunlarda uğurlu olursunuz. Bu amil psixoliji cəhətdən kubokun finalında köməyinizə çatacaq?
- Titullar hər zaman az olur. Buna görə də hər komanda titul qazanmaq istəyir. "Qarabağ"ın çempionluq şansı çoxdur. Onlar çempion olduqdan sonra kuboku da qazanmaq istəyəcəklər. Titullar iştahı artırır. Bu, onlara əlavə üstünlük verəcək.
- "Qarabağ"ın növbəti turlarda xal itirmək şansı çoxdur, yoxsa "Qəbələ"nin kuboku qazanmaq şansı?
- Belə sualdan sonra düşünürəm ki, mənə məşqçilik lisenziyası yox, peyğəmbərlik lisenziyası lazımdır. Qarşıda 3 oyun var. Bilmək olmaz kim xal itirəcək.
“Liverpul” "Real"a qarşı
100 milyon təklif olundu, qəbul etmədi
Məşqləri izlətmişdi, cəzası bəlli oldu
Klub qənaət üçün futbolçuların maaşını azalda bilər
Messi üçün şou hazırladılar, azarkeşlər etiraz etdi
Arteta İngiltərənin ən çox qazanan məşqçisi oldu
“Liverpul”un futbolçusu sıradan çıxdı
“Barselona”da qapıçı problemi var
Zelimdən gümüş, Ömərdən bürünc medal - Dünya çempionatı
“Şahdağ Qusar” 6 qollu qələbə qazandı
Azərbaycan kubokunda yeni mövsümə start verildi
Azərbaycan millisi Türkiyə klubu ilə qarşılaşacaq
Səmədov Severinanı mükafatlandırdı
Tanınmış futbolçu karyerasını başa vurdu
Argentina Prezidenti Messiyə təşəkkür etdi
AFFA-dan 3 komandaya texniki məğlubiyyət
“Arsenal” Arteta ilə müqaviləsini uzatdı - Rəsmi
Azərbaycan millisi FİFA reytinqində gerilədi
Jesus Ronaldonun açıqlamasına belə cavab verdi
Keyn İngiltərə millisinin rekordunu təkrarladı
Artetadan maraqlı qərar: Pilotlardan məsləhət alacaq
1-ci liqada 19 günlük fasilə başa çatır
Skaloni Messinin vidasından danışdı
"Baş verənlər biabırçılıqdır” - Modriç
Montellanın Türkiyə millisindəki taleyi bəlli oldu
Avropa çempionatı: Daha 5 boksçumuz 1/4 finala yüksəldi
Tuhel İngiltərə millisində rekorda imza atdı
"Kəpəz"in legioneri Slovakiyaya qarşı oynadı
İspaniya Xorvatiyaya belə qalib gəldi - Video
Bu da son. Əlvida, Messi!.. - Şəkillər
İngiltərə və İspaniyadan qələbə