Bu gün Topaz Premyer Liqasının XXV turunun mərkəzi oyununda çempionatın liderləri üz-üzə gələcək. İlk iki pillədə qərarlaşan “Qarabağ” və “Qəbələ” mövsümdə son çempionat duelinə çıxacaq.
Ölkə kubokunun mayın 5-də baş tutacaq finalında da qarşılaşmalı olan rəqiblər bu dəfə Bakıda görüşəcək. Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək görüşədək hər komanda öz ev oyununda 2 qolla qalib gəlib. “Qırmızı-qaralar” həm VII, həm də XIX turun matçında rəqibini 2:0 hesabı ilə məğlub edib. XIII turda isə Ağdam təmsilçisi 2:1 hesablı qələbə qazanıb.
Mövsümün hər üç görüşündə “Qəbələ”li Filip Ozobiçin məhsuldarlığı diqqət çəkir. Çempionatın bombardiri “Qarabağ”la hər üç görüşdə qol vurmağı bacarıb.
Ümumilikdə isə bu matç rəqiblər arasında 42-ci duel olacaq. İlk dəfə 2006/07 mövsümündə qarşılaşan komandalar indiyədək 35 dəfə çempionat, 6 dəfə kubokda üz-üzə gəlib. Bu 11 ildə “Qəbələ” 10, “Qarabağ” isə 16 qələbə qazanıb. 15 matçda isə heç-heçə qeydə alınıb, ümumilikdə 89 qol vurulub (“Qəbələ” 39 qol, “Qarabağ” 50 qol). Bugünkü oyunda vurulan ilk qol 90-cı olacaq.
Azərbaycan çempionatlarında keçirilən 35 matçda 80 qol qeydə alınıb. 9 qələbə qazanıb, 16 dəfə məğlub olub, 10 dəfə 1 xal qazanan “Qəbələ” 34, “Qarabağ” 46 dəfə rəqib qapısına yol tapıb.
“Qırmızı-qaralar” 21-ci səfər oyununa qədər 4 dəfə Ağdam təmsilçisinin meydanında qalib gəlib. 7 heç-heçə edən və 9 dəfə uduzan “Qəbələ” rəqib meydanlarında 16 qol vurub və 27-ni buraxıb.
“Qəbələ”nin “Qarabağ”la matçlardakı 39 qoluna 25 futbolçu imza atıb. Dodo hamıdan çox – 5 dəfə fərqlənib. Viktor Mendi 4, Filip Ozobiç və Sergey Zenyov hərəyə 3 dəfə Ağdam klubunu məyus edib (gabalafc.az).
“Liverpul” "Real"a qarşı
100 milyon təklif olundu, qəbul etmədi
Məşqləri izlətmişdi, cəzası bəlli oldu
Klub qənaət üçün futbolçuların maaşını azalda bilər
Messi üçün şou hazırladılar, azarkeşlər etiraz etdi
Arteta İngiltərənin ən çox qazanan məşqçisi oldu
“Liverpul”un futbolçusu sıradan çıxdı
“Barselona”da qapıçı problemi var
Zelimdən gümüş, Ömərdən bürünc medal - Dünya çempionatı
“Şahdağ Qusar” 6 qollu qələbə qazandı
Azərbaycan kubokunda yeni mövsümə start verildi
Azərbaycan millisi Türkiyə klubu ilə qarşılaşacaq
Səmədov Severinanı mükafatlandırdı
Tanınmış futbolçu karyerasını başa vurdu
Argentina Prezidenti Messiyə təşəkkür etdi
AFFA-dan 3 komandaya texniki məğlubiyyət
“Arsenal” Arteta ilə müqaviləsini uzatdı - Rəsmi
Azərbaycan millisi FİFA reytinqində gerilədi
Jesus Ronaldonun açıqlamasına belə cavab verdi
Keyn İngiltərə millisinin rekordunu təkrarladı
Artetadan maraqlı qərar: Pilotlardan məsləhət alacaq
1-ci liqada 19 günlük fasilə başa çatır
Skaloni Messinin vidasından danışdı
"Baş verənlər biabırçılıqdır” - Modriç
Montellanın Türkiyə millisindəki taleyi bəlli oldu
Avropa çempionatı: Daha 5 boksçumuz 1/4 finala yüksəldi
Tuhel İngiltərə millisində rekorda imza atdı
"Kəpəz"in legioneri Slovakiyaya qarşı oynadı
İspaniya Xorvatiyaya belə qalib gəldi - Video
Bu da son. Əlvida, Messi!.. - Şəkillər
İngiltərə və İspaniyadan qələbə