Azərbaycanda yeni milli komanda yaradıldı

XƏBƏR 5 Mart 2010 / 11:41 2465
-  A +

AFFA İcraiyyə Komitəsinin qapalı iclası başa çatıb. Qol.Az-ın məlumatına görə, iclasda AFFA-nın loqosu təsdiqlənib.Bu barədə AFFA İcraiyyə Komitəsinin üzvü Mirkamil Rəhimov məlumat verib. Onun sözlərinə görə, loqo alov formasındadır. İclasda 16 yaşlılardan ibarət milli komandanın formalaşdırılması, AFFA-nın internet televiziyasının yaradılması qərara alınıb.

Çempionata gəlincə, İcraiyyə Komitəsinin iclasında çempionatın 10 komanda və 4 dövrədən ibarət olaraq keçirilməsi müzakirə olunub. Bununla bağlı yekun qərar AFFA İcraiyyə Komitəsinin mayda keçiriləcək növbədənkənar konfransda veriləcək.

Daha çox


Son xəbərlər
26.07.26  21:24

Dzeko qalır

25.07.26  13:24

PSJ-dən "Atletiko"ya

topaz banner