"Qarabağ"ın yarımmüdafiəçisi Rahid Əmirquliyev Azərbaycan kubokunun yarımfinalında "Neftçi" ilə cavab oyunundan (0:0) sonra jurnalistlərin suallarını cavablandırıb. Qol.az-ın məlumatına görə, o, əvvəlcə matç barədə danışıb.
- İlk matçda qələbə qazanmağımıza baxmayaraq, bilirdik ki, bu oyun bizim üçün çətin olacaq. Ona görə də ciddi hazırlaşmışdıq. İstəyirdik ki, cavab oyununda da qələbə qazanaq, amma alınmadı. Oyuna gəlincə, məncə, pis təsir bağışlamadıq.
- Sanki “Neftçi” hər şeylə barışmışdı. Rəqib futbolçu kimi sən bu haqda nə düşünürsən?
- Mən inanmıram ki, “Neftçi” məğlubiyyətlə barışsın. Çünki kubokdan Avropa Liqasına vəsiqə qazanmaq şansları var idi. Yəqin ki, biz onlara oynamağa imkan vermədik. Şanslarından istifadə edə bilsəydilər, bəlkə də başqa cür ola bilərdi.
- Sizin də bir neçə epizodda qol vurmaq imkanınız olsa da, yararlana bilmədiniz...
- Düzdür. Çalışırdıq ki, rəqibi əks hücumlarda yaxalayaq. Amma alınmadı.
- İlk matçda qələbə qazanmasaydınız, bu oyun yəqin ki, daha çox hücum edərdiniz.
- Bəli, elədir. İlk matçdakı iki qollu qələbə bizi rahatlaşdırmışdı. Buna baxmayaraq, bu oyuna da çox önəm verirdik.
- Kubokun finalında rəqibiniz “Qəbələ” olacaq. Amma finaldan öncə də “Qəbələ” ilə oyununuz olacaq. Yəqin ki, həmin görüşə final gözü ilə baxırsınız...
- Bundan sonra keçirəcəyimiz bütün oyunlar finala bərbərdir, xal itirmək olmaz. Çalışmalıyıq ki, rahat oynaya bilmək üçün “Qəbələ” ilə oyunda qələbə qazanaq.
- Səni uzaqdan zərbələrin mahir ifaçısı kimi tanısaq da, uzun müddətdir bunu etmirsən. İnamsızlıq yaranıb, yoxsa, baş məşqçinin tapşırığıdır?
- Yox, inamsızlıqdan söhbət gedə bilməz. Baş məşqçi də demir ki, zərbə vurma. Sadəcə, zərbə üçün imkan olmayıb.
- Bir müddət az-az oynamaq şansı qazanırdın. Meydana çıxmamaq təsir etməyib?
- Doğrudur, az matça çıxanda oyun praktikasından əziyyət çəkirsən. Çalışıram ki, öz üzərimdə işləyim və daim əsas heyətdə yer alım.
Məftun RƏSULZADƏ
“Liverpul” "Real"a qarşı
100 milyon təklif olundu, qəbul etmədi
Məşqləri izlətmişdi, cəzası bəlli oldu
Klub qənaət üçün futbolçuların maaşını azalda bilər
Messi üçün şou hazırladılar, azarkeşlər etiraz etdi
Arteta İngiltərənin ən çox qazanan məşqçisi oldu
“Liverpul”un futbolçusu sıradan çıxdı
“Barselona”da qapıçı problemi var
Zelimdən gümüş, Ömərdən bürünc medal - Dünya çempionatı
“Şahdağ Qusar” 6 qollu qələbə qazandı
Azərbaycan kubokunda yeni mövsümə start verildi
Azərbaycan millisi Türkiyə klubu ilə qarşılaşacaq
Səmədov Severinanı mükafatlandırdı
Tanınmış futbolçu karyerasını başa vurdu
Argentina Prezidenti Messiyə təşəkkür etdi
AFFA-dan 3 komandaya texniki məğlubiyyət
“Arsenal” Arteta ilə müqaviləsini uzatdı - Rəsmi
Azərbaycan millisi FİFA reytinqində gerilədi
Jesus Ronaldonun açıqlamasına belə cavab verdi
Keyn İngiltərə millisinin rekordunu təkrarladı
Artetadan maraqlı qərar: Pilotlardan məsləhət alacaq
1-ci liqada 19 günlük fasilə başa çatır
Skaloni Messinin vidasından danışdı
"Baş verənlər biabırçılıqdır” - Modriç
Montellanın Türkiyə millisindəki taleyi bəlli oldu
Avropa çempionatı: Daha 5 boksçumuz 1/4 finala yüksəldi
Tuhel İngiltərə millisində rekorda imza atdı
"Kəpəz"in legioneri Slovakiyaya qarşı oynadı
İspaniya Xorvatiyaya belə qalib gəldi - Video
Bu da son. Əlvida, Messi!.. - Şəkillər
İngiltərə və İspaniyadan qələbə
“Milan” “Barselona”nın futbolçusuna göz dikdi
“Futbolu daha çox sevməyimə səbəb oldun”
“Beşiktaş”ın zədəli futbolçusundan xəbər var
UEFA araşdırmalara başladı