"Qarabağ"ın futbolçusu Qara Qarayev Azərbaycan kubokunun yarımfinalında "Neftçi" ilə cavab oyunundan sonra (0:0) jurnalistlərin suallarını cavablandırıb. Qol.az-ın məlumatına görə, o, əvvəlcə matç barədə fikirlərini bildirib.
- İlk oyunda sərfəli nəticə qazanmışdıq. Başa düşürdük ki, "Neftçi" istənilən vaxt bizi cəzalandıra bilər. Özünüz də görürsünüz ki, zədəli oyunçularımız var idi, meydana fərqli heyətlə çıxmışdıq. Buna baxmayaraq, finala yüksəldik. Azarkeşlərimizi təbrik edirəm. Hazırda final haqda yox, Premyer Liqanın növbəti turunda “Qəbələ” ilə oyun barədə düşünürük.
- “Neftçi” sizə o qədər də müqavimət göstərə bilmədi..
- İstəməzdim ki, “Neftçi” haqda belə danışım. Yalnız öz komandam barədə danışa bilərəm. Amma ilk hissədə qol vurmağa çalışırdılar, ancaq fürsətlərdən yararlana bilmədilər.
- Əvəzlənməyin nə ilə bağlı idi?
- Qurban müəllim qərar verdi ki, istirahət etməliyəm. Yəqin ki, son zamanlar çox oyun keçirdiyim üçün bunu etdi.
- “Lokomotiv”in baş məşqçisi Yuri Syomin səninlə maraqlandıqlarını dedi. Rəsmi təklif var?
- Yuri Syominin açıqlamasını eşitmişəm. Amma rəsmi təklif yoxdur. Belə təklif olsa, klubla danışacam. Baş məşqçimiz və rəhbərlikdən asılıdır.
- Bu işlə məşğul olan menecerin var?
- Bu işlə məşğul olan adam var, amma klub olan yerdə menecerim müdaxilə edə bilməz. Komanda nə desə, o olmalıdır.
- Mövsümün sonunda müqavilən başa çatacaq. Xaricdən təklif olsa, gedəcəksən?
- Çox istəyərəm. Əgər rəsmi təklif gəlsə və məni qane edən şərtlər olsa, getməyi düşünürəm. Yəni, hər şey məni razı salmalıdır. Şərtlər deyəndə, pulu nəzərdə tutmuram. Xaricdə daha çox oynamaq istəyirəm.
- Ümumiyyətlə, “Lokomotiv”i necə klub kimi görürsən?
- Tam razı olmaram ki, gedib orada ehtiyatda oturum. “Lokomotiv” Rusiyanın ortabab klublarından biridir. Mənim indiki vəziyyətim üçün böyük komandadır. Təklif gəldiyi halda, “Lokomotiv” məmnuniyyətlə oynaya biləcəyim yerdir.
- Başqa təkliflər var?
- Var, amma rəsmi deyil. Ən ciddi ruslar maraqlanır. Bu haqda Yuri Syomin də danışıb.
Məftun RƏSULZADƏ
“Liverpul” "Real"a qarşı
100 milyon təklif olundu, qəbul etmədi
Məşqləri izlətmişdi, cəzası bəlli oldu
Klub qənaət üçün futbolçuların maaşını azalda bilər
Messi üçün şou hazırladılar, azarkeşlər etiraz etdi
Arteta İngiltərənin ən çox qazanan məşqçisi oldu
“Liverpul”un futbolçusu sıradan çıxdı
“Barselona”da qapıçı problemi var
Zelimdən gümüş, Ömərdən bürünc medal - Dünya çempionatı
“Şahdağ Qusar” 6 qollu qələbə qazandı
Azərbaycan kubokunda yeni mövsümə start verildi
Azərbaycan millisi Türkiyə klubu ilə qarşılaşacaq
Səmədov Severinanı mükafatlandırdı
Tanınmış futbolçu karyerasını başa vurdu
Argentina Prezidenti Messiyə təşəkkür etdi
AFFA-dan 3 komandaya texniki məğlubiyyət
“Arsenal” Arteta ilə müqaviləsini uzatdı - Rəsmi
Azərbaycan millisi FİFA reytinqində gerilədi
Jesus Ronaldonun açıqlamasına belə cavab verdi
Keyn İngiltərə millisinin rekordunu təkrarladı
Artetadan maraqlı qərar: Pilotlardan məsləhət alacaq
1-ci liqada 19 günlük fasilə başa çatır
Skaloni Messinin vidasından danışdı
"Baş verənlər biabırçılıqdır” - Modriç
Montellanın Türkiyə millisindəki taleyi bəlli oldu
Avropa çempionatı: Daha 5 boksçumuz 1/4 finala yüksəldi
Tuhel İngiltərə millisində rekorda imza atdı
"Kəpəz"in legioneri Slovakiyaya qarşı oynadı
İspaniya Xorvatiyaya belə qalib gəldi - Video
Bu da son. Əlvida, Messi!.. - Şəkillər
İngiltərə və İspaniyadan qələbə
“Milan” “Barselona”nın futbolçusuna göz dikdi
“Futbolu daha çox sevməyimə səbəb oldun”
“Beşiktaş”ın zədəli futbolçusundan xəbər var
UEFA araşdırmalara başladı