"Aydın məsələdir ki, öz meydanımızdakı məğlubiyyətdən sonra cavab görüşünə köklənmək çətin idi. İlk 15 dəqiqə ərzində fərqlənmək imkanlarımız olsa da, bunu bacarmadıq. Qol buraxdıqdan sonra isə bizə çətin idi".
Qol.az-ın sportnet.az-a istinadən yaydığı xəbərə görə, bu sözləri Bakı "İnter"inin baş məşqçisi Zaur Svanadze Azərbaycan kubokunun yarımfinalında "Qəbələ"yə 0:2 hesabı ilə uduzduqları matçdan sonra deyib.
"Bu gün Rauf Əliyev və Nizami Hacıyevə istirahət verdim. Denis Silva isə ötən gün 38,5 dərəcə qızdırma içində idi. Oyunun gedişində 2 cinah müdafiəçisini dəyişdim. Slavik Alxasov və İlkin Qırtımov çempionat boyunca çox yükləndikləri üçün belə etdim" - deyə o bildirib.
Gürcüstanlı mütəxəssis finala yüksələ bilməyən komandasının bürünc medal şansını əldən verməməyə çalışacaqlarını bildirib. O, "İnter"in və özünün taleyindən də danışıb:
"Transfer qadağası yenə davam etsə, bizə çox çətin olacaq. Amma Serbiya "Partizan"ının cəzasını bu yaxınlarda ləğv ediblər. Ümid edirəm ki, bu jest bizə də ediləcək. Özümün qalmağı hadisələrin gedişindən asılıdır. Gözləyirik".
Svanadze Premyer Liqanın qalan 4 turunda futbolçuların özlərini yaxşı tərəfdən göstərməli olduqlarını bildirib:
"Futbolçu ilk növbədə özü üçün oynayır. Özünü yaxşı tərəfdən göstərməyi bacarmalıdır ki, daha yaxşı komandalara keçə bilsin".
Qeyd edək ki, "İnter" "Qəbələ" ilə ilk görüşdəki 1:3 hesablı məğlubiyyətdən sonra bu gün cavab oyununda da uduzub - 0:2.
“Liverpul” "Real"a qarşı
100 milyon təklif olundu, qəbul etmədi
Məşqləri izlətmişdi, cəzası bəlli oldu
Klub qənaət üçün futbolçuların maaşını azalda bilər
Messi üçün şou hazırladılar, azarkeşlər etiraz etdi
Arteta İngiltərənin ən çox qazanan məşqçisi oldu
“Liverpul”un futbolçusu sıradan çıxdı
“Barselona”da qapıçı problemi var
Zelimdən gümüş, Ömərdən bürünc medal - Dünya çempionatı
“Şahdağ Qusar” 6 qollu qələbə qazandı
Azərbaycan kubokunda yeni mövsümə start verildi
Azərbaycan millisi Türkiyə klubu ilə qarşılaşacaq
Səmədov Severinanı mükafatlandırdı
Tanınmış futbolçu karyerasını başa vurdu
Argentina Prezidenti Messiyə təşəkkür etdi
AFFA-dan 3 komandaya texniki məğlubiyyət
“Arsenal” Arteta ilə müqaviləsini uzatdı - Rəsmi
Azərbaycan millisi FİFA reytinqində gerilədi
Jesus Ronaldonun açıqlamasına belə cavab verdi
Keyn İngiltərə millisinin rekordunu təkrarladı
Artetadan maraqlı qərar: Pilotlardan məsləhət alacaq
1-ci liqada 19 günlük fasilə başa çatır
Skaloni Messinin vidasından danışdı
"Baş verənlər biabırçılıqdır” - Modriç
Montellanın Türkiyə millisindəki taleyi bəlli oldu
Avropa çempionatı: Daha 5 boksçumuz 1/4 finala yüksəldi
Tuhel İngiltərə millisində rekorda imza atdı
"Kəpəz"in legioneri Slovakiyaya qarşı oynadı
İspaniya Xorvatiyaya belə qalib gəldi - Video
Bu da son. Əlvida, Messi!.. - Şəkillər
İngiltərə və İspaniyadan qələbə
“Milan” “Barselona”nın futbolçusuna göz dikdi
“Futbolu daha çox sevməyimə səbəb oldun”
“Beşiktaş”ın zədəli futbolçusundan xəbər var
UEFA araşdırmalara başladı