“Qəbələ” mənə görə təzminat ödəmədi” – “Dnepr”in futbolçusu

“Qəbələ” mənə görə təzminat ödəmədi” –  “Dnepr”in futbolçusu
ÖLKƏ FUTBOLU 4 Aprel 2017 / 20:30 4696
-  A +

“Yuri Syominin baş məşqçiliyi dövründə “Qəbələ”də oynaya bilərdim. Onun rəhbərliyi altında məşqlərdə iştirak etmişdim”.

Qol.az-ın xəbərinə görə, bu sözləri “Dnepr”in futbolçusu Dmitri Nağıyev Ukrayna mətbuatına açıqlamasında deyib.

“Qəbələ”yə keçmək variantından danışan U-21 millimizin müdafiəçisi bu transferin baş tutmamasının səbəbini izah edib: “Qəbələ” mənimlə müqavilə bağlamağa hazır idi. Ancaq mənə görə təzminat ödəmək istəmirdilər. Buna görə də keçidim baş tutmadı. İndi “Dnepr”dəyəm və burda hər şey ürəyimcədir”.

Qeyd edək ki, 2012-ci ildən “Dnepr”də çıxış edən Dmitri Nağıyev 2015-ci ildən Azərbaycanın U-21 yığmasına dəvət alır. 

Daha çox


Son xəbərlər
03.05.24  17:16

Bir dövrün sonu

02.05.24  20:40

Avro-2024-ü buraxacaq