“UEFA-nın lisenziyalaşdırma tələblərindən biri azarkeşlərlə iş üzrə rəsmi klub koordinatorunun olmasıdır. Bu, ştatlı vəzifədir. Mövsümə 15-16 legioner dəvət edən və Avropaya can atan klub bunları nəzərə almalıdır. "Neftçi" kimi köklü klubdan isə deyirlər ki, “belə bir vəzifəyə ehtiyacımız yoxdur”. Bu, klubun azarkeş-fanata verdiyi əsl "dəyər"dir”.
Bu sözləri Qol.az saytına açıqlamasında “Neftçi”nin sabiq vitse-prezidenti Tahir Süleymanov deyib. O, komandanın bəzi fanatlarının ötən bazar günü “Sumqayıt”la oyunda səsləndirdiyi “istefa” şüarına görə klubun azarkeşlərlə iş üzrə koordinatoru Kənan Hənifəyevin tutduğu vəzifədən uzaqlaşdırmasını tənqid edib.
Tahir Süleymanov deyib: “Belə görünür ki, tarixi anti-rekordların fonunda indiki "Neftçi"i rəhbərliyinə azarkeşlərin stadiona gəlməsi sərf etmir. Hətta UEFA bayrağı altında keçirilən görüşlərdə digər klub rəsmiləri ilə yanaşı azarkeşlərlə iş üzrə koordinatorun da fəaliyyəti UEFA nümayəndəsinin nəzarətində olur və əlaqələndirilir”.
Bəs, azarkeşin səsləndirdiyi istefa çağırışına görə klubun nümayəndəsinin vəzifədən çıxarılması peşəkarlıq və mənəvi baxımdan nə dərəcədə doğrudur?
Tahir Süleymanovun bu suala cavabı belə olub: "Neftçi" xalqın, azarkeşindir, kimlərinsə şəxsi klubu deyil. Heç kim cibindən "Neftçi"yə sponsorluq etmir. 80-yaşlı köklü klubun borcudur ki, daimi nəticələr göstərsin və azarkeşlərini sevindirsin. 8 komandalı çempionatdın yekununa 4 tur qalmış 14 (!) məğlubiyyət alan kluba cavabdeh şəxslər "istefa" sözünü eşitmədən özləri getməlidirlər.
3 ilə yaxındır dağıdıcı təfəkkürlə "Neftçi" kimi klubu idarə edənlər futbolu, mənəviyyatı, azarkeşi deyil, ancaq özlərini düşünürlər. Milyonlarla vəsaitin havaya sovurulmasının hesabatını azarkeş-fanat deyil, "Neftçi"yə cavabdehlər verməlidir. Gede biabırçılığından sonra "Neftçi" tarixi uğurlar qazandığı dönəmdə belə mövsüm ərzində bu sayda legionerdən istifadə etməyib”.
“Neftçi”nin mətbuat xidmətinin rəhbəri Mehman Rəsulov isə Qol.az saytına açıqlamasında bildirib ki, azarkeşlərlə iş üzrə koordinator Kənan Hənifəyevin işdən çıxarılmanın istefa şüarı ilə bağlılı yoxdur: “Buna səbəb həmin vəzifəyə ehtiyac duyulmamağıdır. Ona görə də işdən kənarlaşdırdıq”.
“Liverpul” "Real"a qarşı
100 milyon təklif olundu, qəbul etmədi
Məşqləri izlətmişdi, cəzası bəlli oldu
Klub qənaət üçün futbolçuların maaşını azalda bilər
Messi üçün şou hazırladılar, azarkeşlər etiraz etdi
Arteta İngiltərənin ən çox qazanan məşqçisi oldu
“Liverpul”un futbolçusu sıradan çıxdı
“Barselona”da qapıçı problemi var
Zelimdən gümüş, Ömərdən bürünc medal - Dünya çempionatı
“Şahdağ Qusar” 6 qollu qələbə qazandı
Azərbaycan kubokunda yeni mövsümə start verildi
Azərbaycan millisi Türkiyə klubu ilə qarşılaşacaq
Səmədov Severinanı mükafatlandırdı
Tanınmış futbolçu karyerasını başa vurdu
Argentina Prezidenti Messiyə təşəkkür etdi
AFFA-dan 3 komandaya texniki məğlubiyyət
“Arsenal” Arteta ilə müqaviləsini uzatdı - Rəsmi
Azərbaycan millisi FİFA reytinqində gerilədi
Jesus Ronaldonun açıqlamasına belə cavab verdi
Keyn İngiltərə millisinin rekordunu təkrarladı
Artetadan maraqlı qərar: Pilotlardan məsləhət alacaq
1-ci liqada 19 günlük fasilə başa çatır
Skaloni Messinin vidasından danışdı
"Baş verənlər biabırçılıqdır” - Modriç
Montellanın Türkiyə millisindəki taleyi bəlli oldu
Avropa çempionatı: Daha 5 boksçumuz 1/4 finala yüksəldi
Tuhel İngiltərə millisində rekorda imza atdı
"Kəpəz"in legioneri Slovakiyaya qarşı oynadı
İspaniya Xorvatiyaya belə qalib gəldi - Video
Bu da son. Əlvida, Messi!.. - Şəkillər
İngiltərə və İspaniyadan qələbə
“Milan” “Barselona”nın futbolçusuna göz dikdi
“Futbolu daha çox sevməyimə səbəb oldun”
“Beşiktaş”ın zədəli futbolçusundan xəbər var
UEFA araşdırmalara başladı
Prezidenti seçildi, sonra vəzifəsindən uzaqlaşdırıldı