“Neftçi” klubu azarkeşlərlə iş üzrə əlaqələndiricisi Kənan Hənifəyevi tutduğu vəzifədən uzaqlaşdırıb.
Qol.az-ın xəbərinə görə, bu haqda “Neftçi” azarkeşlərinin Feysbuk səhifəsində məlumat verilib. Onun vəzifəsindən azad edilməsinə səbəb kimi Topaz Premyer Liqanın 24-cü turunun “Sumqayıt”a qarşı matçında bəzi azarkeşlərin klub rəhbərliyini və məşqçi heyətini istefaya səsləməsi səbəb olub.
Qeyd edək ki, "Neftçi" "Sumqayıt" 0:2 hesabı ilə məğlub olub. Bununla da inların Premyer Liqada bu mövsümü medalsız başa vuracağı qətiləşib.
“Bəli, artıq son iki məğlubiyyətin günahkar tapılıb və bundan sonra komandamız “qələbələri sıralayacaq”. Demə, ən böyük günahkar klubumuzun azarkeşlər üzrə kordinatoru Kənan Hənifəyev imiş. Bəli, dünən (srağagün – red.) məhz onun meydana buraxdığı 11-lik azarkeşlərimizi məyus etdi. Məhz Kənan qapıya Baykoviçi deyil, Vaylonu qoymuşdu. Hətta bu da azdır. 2-ci hissədə Kənan meydana çıxmalı, Cavidin göyqurşağına göndərdiyi topu ordan endirib Fərhadın qapısından keçirməli idi.
Bax budur bizim biabırçı idarəçilik, biabırçı rəhbərlik” – deyə “Neftçi” azarkeşlərinin Feysbuk səhifəsindəki paylaşımda bildirilib.
“Neftçi”nin mətbuat xidmətinin rəhbəri Mehman Rəsulov Qol.az saytına açıqlamasında bildirib ki, azarkeşlərlə iş üzrə koordinator Kənan Hənifəyevin işdən çıxarılma xəbəri doğrudur: “Buna səbəb həmin vəzifəyə ehtiyac duyulmamağıdır. Ona görə də işdən kənarlaşdırdıq”.
Klub rəsmisi deyib ki, K.Hənifəyevin “Neftçi”dən çıxarılmasının istefa şüarlarıyla əlaqəsi yoxdur: “Daha öncə də belə hal olmuşdu. Turnir cədvəlində istədiyimiz yerdə qərarlaşmamışıq. Biz qalib gələndə azarkeşlər razı qalırlar, məğlub olanda da şüarlar səsləndirirlər. Biz bunu anlayışla qarşılayırıq. Sadəcə, azarkeşlərlə iş üzrə koordinator vəzifəsinə ehtiyac duyulmadı”.
100 milyon təklif olundu, qəbul etmədi
Məşqləri izlətmişdi, cəzası bəlli oldu
Klub qənaət üçün futbolçuların maaşını azalda bilər
Messi üçün şou hazırladılar, azarkeşlər etiraz etdi
Arteta İngiltərənin ən çox qazanan məşqçisi oldu
“Liverpul”un futbolçusu sıradan çıxdı
“Barselona”da qapıçı problemi var
Zelimdən gümüş, Ömərdən bürünc medal - Dünya çempionatı
“Şahdağ Qusar” 6 qollu qələbə qazandı
Azərbaycan kubokunda yeni mövsümə start verildi
Azərbaycan millisi Türkiyə klubu ilə qarşılaşacaq
Səmədov Severinanı mükafatlandırdı
Tanınmış futbolçu karyerasını başa vurdu
Argentina Prezidenti Messiyə təşəkkür etdi
AFFA-dan 3 komandaya texniki məğlubiyyət
“Arsenal” Arteta ilə müqaviləsini uzatdı - Rəsmi
Azərbaycan millisi FİFA reytinqində gerilədi
Jesus Ronaldonun açıqlamasına belə cavab verdi
Keyn İngiltərə millisinin rekordunu təkrarladı
Artetadan maraqlı qərar: Pilotlardan məsləhət alacaq
1-ci liqada 19 günlük fasilə başa çatır
Skaloni Messinin vidasından danışdı
"Baş verənlər biabırçılıqdır” - Modriç
Montellanın Türkiyə millisindəki taleyi bəlli oldu
Avropa çempionatı: Daha 5 boksçumuz 1/4 finala yüksəldi
Tuhel İngiltərə millisində rekorda imza atdı
"Kəpəz"in legioneri Slovakiyaya qarşı oynadı
İspaniya Xorvatiyaya belə qalib gəldi - Video
Bu da son. Əlvida, Messi!.. - Şəkillər
İngiltərə və İspaniyadan qələbə
“Milan” “Barselona”nın futbolçusuna göz dikdi
“Futbolu daha çox sevməyimə səbəb oldun”
“Beşiktaş”ın zədəli futbolçusundan xəbər var
UEFA araşdırmalara başladı
Prezidenti seçildi, sonra vəzifəsindən uzaqlaşdırıldı
“Tariximizin ən yaxşı nəticəsini əldə etdik” - Rəşad Eyyubov
Milli komandanın rekordunu yenilədi
Stas Pokatilovun yığması heç-heçə etdi
Azərbaycan millisindən böyükhesablı qələbə