Gürcüstan millisinin və "Qəbələ"nin futbolusu Nika Kvekveskiri “sportall.ge” saytında oxuyucuların suallarını cavablandırıb. Qol.az-ın məlumatına görə, o, "Qəbələ" barədə də danışıb.
- Nika Serbiya və Latviyaya qarşı çox gözəl oyun nümayiş etdirdin. Əminəm ki, Pep Qvardiola sənin bu oyununu görsəydi, “Mançester Siti”yə dəvət edərdi. Xabi Alonso, Daniele de Rossi kimi oynayırsan. Bu sizdə ancaq istedada bağlıdır, yoxsa Andrea Pirlo kimi nəzəri biliklərə sahibsiniz?
- Belə qiymətləndirmə üçün təşəkkür edirəm. Oyunlarımın videosunu Pep Qvardiolaya göndərmək lazımdır (gülür). İstedadla yanaşı, düşüncə qabiliyyəti də olmalıdır. Bunlar hamısı vəhdət təşkil etməlidir. Xoşbəxtlikdən əvvələr olduğu kimi, indi də güclü məşqçilərlə işləyirəm. Əlbəttə, mövqeyimdə çıxış edən ulduz oyunçuları izləyirəm və özümü inkişaf etdirirəm.
- Uşaq vaxtından kumiriniz olan hansısa oyunçu ilə formanızı dəyişmisiniz?
- Kumirim olan oyunçularla forma dəyişdirməmişəm. Mən onlarla ancaq yuxuda qarşılaşa bilərəm.
- Nika, sizin “Kolxeti”yə vurduğunuz qolu hələ də xatırlayıram. Onda çox gənc idin. O oyundan sonra milliyə də dəvət aldın.
- Doğru söyləyirsiniz. Onda millidə Kaxa Kaladze, Levan Kobiaşvişi, Aleksandr İaşvili, Malxaz Asatiani, Zurab Xizanişvili kimi oyunçular var idi. Mənim üçün böyük xoşbəxtlik idi. Həmin gündən artıq 7 il keçib. Ümid edirəm ki, hər şey qaydasında davam edər.
- Siz milli komandaların bütün yaş qruplarında oynamısınız. Bu necə hissdir?
- Bunu 3 sözlə ifadə etmək istəyirəm: sevgi, məsuliyyət, fəxr!
- Milli çempionatımızı izləyirsiniz? Məsələn, bizdə “Dinamo” kimi klub necə etsin ki, “Qəbələ” kimi Avropa Liqasının qrup mərhələsinə vəsiqə əldə etsin?
- Bəli, mütəmadi olaraq izləyirəm. Çempionluq üçün yaxşı infrastruktur və maliyyə dəstəyi lazımdır. Yaxşı maliyyə ilə “Dinamo” qrup mərhələsinin qapısını aralaya bilər. Gürcüstanda istedadlı futbolçular çoxdur və ölkəmizdə inkişaf var.
- Mən sizin soyadınızı tələffüz edərkən çətinlik çəkirəm (gülür). Bəs azərbaycanlılar?
- Uşaqlıqdan futbola gedəndə köynəyimə Kvekve yazdırırdım. Soyadımı tələffüz etmək çətindir. Ailə üzvlərim də tələffüz zamanı problemlə üzləşir (gülür). Hesab edirəm ki, azərbaycanlılar da çətinlik çəkər (gülür).
- “Dila”dan sonra Bakı “İnter”inə getdiniz. Daha sonra isə “Qəbələ”yə keçdiniz və Avropa Liqasının qrup mərhələsində çıxış etdiniz. İnkişafınızda “Qəbələ”nin nə rolu var?
- Bəli, Avropa Liqasında yaxşı təcrübə qazandım. İnkişafımda “Qəbələ” böyük rol oynayır.
- Təcrübəli futbolçu kimi gənc oyunçulara məsləhət verərdiniz...
- Sizə pis oyunçu deyənlərə qulaq asın, əksini deyənləri isə dinləməyin (gülür). Sizə yol göstərən adamları dinləyin və işə peşəkar yanaşın.
- Azərbaycan və Gürcüstan çempionatlarının nə fərqi var?
- Təəssüflə deməliyəm ki, “Qarabağ” və “Qəbələ” klubları ölkəmizin klublarından səviyyə baxımından çox irəlidədir. Çempionatlar arasında isə fərq böyük deyil.
- Hazırda hansı futbolçunu və komandanı bəyənirsiniz?
- Bəyəndiyim futbolçu Serxio Busketsdir. Komanda isə “Barselona”dır.
- Karyerası uğurlu olan futbolçular 2 hissəyə bölünür: istedadı ilə qabağa gedənlər və əziyyət hesabına. Sizdə bunlardan hansıdır?
- Dəqiq deyə bilmirəm, amma istedadıma görə tanınıram. Mənə bir az gec qiymət verildi.
- “Dinamo”dakı karyeranızı necə qiymətləndirirsiniz?
- Zəngin təcrübə qazandım. Yaxşı və pis günlərim oldu. Bu, mənə hər zaman kömək olacaq.
- “Dinamo” və “Qəbələ”də hansı oyunlar sənin üçün unudulmazdı?
- Yaxşı xatırlayıram, “Dinamo”nun heyətində “Torpedo”ya 2:0 hesabı ilə qalib gəlmişdik. “Qəbələ”nin heyətində isə “Lill”i 1:0 hesabı ilə məğlub etdiyim oyun yadımdadır.
- Gələcək karyeranızı necə planlaşdırmısınız?
- Maksimum şəkildə çox çalışmaq lazımdır.
- Özünüzü hansı mövqeydə rahat hiss edirsiniz?
- Yarımmüdafiə xəttində. Demək olar ki, bütün mövqelərdə çıxış etmişəm, ama orta sahədə rahatam.
- Futbolda özünüzü başqa necə təsəvvür edirsiniz?
- Məşqçi olmaq istəyirəm. Hər zaman məşqçilərin işini diqqətlə izləyirəm. İndidən yavaş-yavaş hazırlaşıram. Ümid edirəm ki, nəsə alınacaq.
- Milli, yoxsa klub karyeranıza üstünlük verirsiniz?
- Futbolu milli komanda üçün oynamalısan, amma sənin karyeran da olmalıdır. Bu olmasa, mümkün deyil. Amma konkret cavab istəyirsinizsə, millini seçirəm. Bütün futbolçular bu suala belə cavab verər.
- “Dinamo”ya geri qayıtmağı arzu edirsiniz?
- Bəli, belə arzum var. Bunun nə zaman olacağını isə bilmirəm. Bu reallaşsa, ancaq xoşbəxt olaram.
- Dünyanın ən güclü komandası və çempionatı hansıdır?
- Bağışlayın, amma mən buna səmimi cavab verməyəcəm (gülür). İspaniya La Liqası və “Barselona”.
- David de Xeaya vurduğun qolu xatırlayırsan?
- Həmin gün atamın ad günü idi (gülür). Xatırlayıram, ona qol vurmaq üçün söz vermişdim. Çox sevinirəm ki, atamın ad günündə qol vurdum.
- Azərbaycanlılar gürcülərə necə münasibət göstərir?
- Deyərdim ki, yaxşı. Şəxsən mən hara getmişəmsə, pis münasibət görməmişəm.
- Uşağınız sizin oyunu izləyir? Baxırsa, məsləhətləri olur?
- Oyunumu izləsə də, taktika anlayışı yoxdur. Amma hansı mövqedə oynadığımı bilir.
Arteta, Hau, Moyes…
"Real"ın futbolçusunun derbi cəzası bəlli oldu
Dünya çempionatında stadionların boş qalmaq təhlükəsi var
"Qalatasaray"ın ulduzu "Real"a keçə bilər
Millimiz seçmə mərhələyə məğlubiyyətlə başladı
"Yuventus" onu göndərməyə hazırlaşır
Seneqalın apellyasiya şikayəti qeydə alındı
Arbeloa qələbədən sonra oyunçularını belə mükafatlandırır
"Liverpul" Slotla bağlı hansı mövqedədir?
"Əl-Nəsr" Salahın maaşını üçqat artırmağa hazırdır
Kazemironun müqaviləsindəki maneə aradan qaldırıldı
"Milan" azarkeşlərinə qadağa qoyula bilər
Baş məşqçi hakimi tənqid etdiyinə görə cərimələndi
“Liverpul”u tərk etməyi planlaşdırır
“Arsenal” yoxlama oyunu keçirəcək
Azərbaycan millisinin yeni məşqindən - Şəkillər
Kolin Kazım baş məşqçi oldu
"Liverpul" Salahın yerini onunla doldurmaq istəyir
Azərbaycan - Portuqaliya oyununun hakimləri açıqlandı
"Real" Vinisiusla yeni müqavilə imzalayır
"Barselona"nın əsas transfer hədəfi
Ronaldonun oğlu "Real"a keçə bilər
"Bayer"lə 2031-ci ilə qədər müqavilə bağladı
“Əvvəlki “Neftçi” ilə indiki arasında böyük fərq var”
Azərbaycan çempionatının final mərhələsi başladı
Osimhen "Barselona"nın diqqət mərkəzində
“Real”ın sabiq dietoloqundan qalmaqallı açıqlama
Kvaratsxeliya Gürcüstan millisinin yeni kapitanı oldu
Lukaku Belçika yığmasının düşərgəsini tərk etdi
20 yaşlı futbolçu güllələnərək öldürüldü
Zidan köməkçilərini seçdi