Ramil Şeydayev “Jilina”da ilk qolunu vurdu – Video

Ramil Şeydayev “Jilina”da ilk qolunu vurdu – Video
VİDEO 2 Aprel 2017 / 21:54 10992
-  A +

Millimizin hücumçusu Ramil Şeydayev Slovakiya çempionatında ilk qolunu vurub.

Qol.az-ın xəbərinə görə, 20 yaşlı hücumçumuzun komandası bu gün 25-ci turda “Presov”u qəbul edib və 3:0 hesabı ilə qələbə qazanıb. Ramil oyuna ehtiyat oyunçular skamiyasında başlayıb və 62-cı dəqiqədə (komandası 1:0 hesabı ilə öndə olan zaman - red) oyuna daxil olub. Onun oyuna daxil olmasından 12 dəqiqə sonra “Jilina” hesab arasındakı fərqi artırıb. 79-cu dəqiqədə isə Ramil qarşılaşmada son nöqtəni qoyub.

Qeyd edək ki, “Jilina” 55 xalla turnir cədvəlində liderdir.





Son xəbərlər
02.05.24  20:40

Avro-2024-ü buraxacaq