“Nəticə qazansaq, sponsorlar "İnter"lə maraqlanacaqlar"

“Nəticə qazansaq, sponsorlar "İnter"lə maraqlanacaqlar"
ÖLKƏ FUTBOLU 2 Aprel 2017 / 19:43 2324
-  A +

"AZAL-la matçlarınız həmişə çətin keçir. Qalib gəldiyimizə görə komandama minnətdaram".

Qol -ın məlumatına görə, bu fikirləri "İnter"in baş məşqçisi Zaur Svanadze Topaz Premyer Liqasının 24-cü turunda AZAL-a evdə 2:1 hesabı ilə qalib gəldikləri matçdan sonra bildirib. Onun sözlərinə görə, qarşılaşmanın ikinci hissəsində bəxtləri gətirib: "AZAl fasilədən sonra daha da aqressiv oynadı. İkinci 45 dəqiqədə daha istəkli olan rəqibin qol şansları olsa da, bundan istifadə edə bilmədilər".

Gürcü mütəxəssis son 2 ayda maaş almasalar da, futbolçularının peşəkarlığı hər şeydən üstün tutduqlarının vurğulayıb: "Futbolçularımız peşəkarlığı hər şeydən üstün tutduqlarını meydandaları oyunları ilə nümayiş etdirilər. Yaxşı oynasaq, nəticə qazansaq, sponsorlar "İnter"lə maraqlanacaqlar".

Daha çox


Son xəbərlər
02.05.24  20:40

Avro-2024-ü buraxacaq