AZAL-ın baş məşqçisi Tərlan Əhmədov Topaz Premyer Liqasının 24-cü turunda "İnter"ə qarşı oyundan (1:2) sonra mətbuat konfransı keçirib.
Qol.az-ın xəbərinə görə, o, AZAL-ın məğlubiyyətini şərh edib.
- Komandamın oyunundan zövq aldım. Rəqibi təzyiq altında saxladıq. Ancaq bu, nəticəyə təsir etmədi. Standard vəziyyətlərdə diqqətsizliyin qurbanı olduq. Ümumilikdə, bu gün yaxşı çıxış etdik. Təəssüf ki, məğlub olduq. Bundan sonra necə olacağını mən də bilmirəm. Komandanın oyununda yüksəliş var.
- Çempionatda sonuncu yer tutmağınız qətiləşdi. Əziyyətinizə heyfiniz gəlmir?
- 2 il bundan əvvəlki mövsümə görə təəssüflənirəm. Yaxşı komanda qurmuşduq, amma uşaqların hərəsi bir tərəfə dağıldı. Sonuncu pillədə olmamalı idik. Deməli, bu, bizim alnımıza yazılıb. Sonuncu yeri tutmağımız nə mənə, nə də uşaqlara görə oldu. Obyektiv olanlar başa düşərlər ki, biz oyunumuza görə sonuncu pillədə deyilik. Əgər bir komanda çempionluq istəyirsə, bunu xadiməçidən tutmuş, prezidentə qədər hər kəs istəməlidir.
- Bizdə hər dəfə olmur ki, sonuncu pilləni tutan komanda diviziona yuvarlansın. Fərqli qərarların şahidi olmuşuq. Bu dəfə AZAL-ı elitada saxlayacaqlarına inanırsız?
- Bu barədə heç bir məlumatım yoxdur. Heç fikirləşmirəm də. Bu, mənim işim deyil. Hansı qərarların qəbul olunacağını bilmirik. Son oyunlarda bir neçə qələbə qazanmaq istəyirik. Biz də gözləyirik.
- AZAL-ı birinci divizionda da çalışdırarsız?
- Fikrət Hüseynovla birlikdə cavanlıqda futbol oynamışıq. Son iki ildə komandanı atıb getmədim. Birinci diviziona düşsək, hər şey büdcədən asılıdır. Əgər büdcə yenidən elitaya çıxıb, yaxşı mübarizə aparmaq üçün yetərli olsa, bəli, çalışdıraram.
- Bəs, bir məşqçi kimi sizin taleyiniz necə olacaq?
- Açıq deyim, təkliflərin olduğunu eşidirəm, amma real heç nə yoxdur. Aqibətimin necə olacağını bilmirəm. Amma fikrimi qalan oyunlara yönəltmişəm.
- Niyə yeni-yeni yaranan, maliyyə imkanları yaxşı olan komandalar, eləcə də "Neftçi" Tərlan Əhmədova ehtimad göstərmir? Məgər siz Elxan Abdullayevdən zəif məşqçisiz?
- Bu barədə heç nə deyə bilmərəm. Hər klubun öz strategiyası var. Bu sualı onlara versəniz, daha yaxşı olar. Mən öz işimin başındayam. 3 futbolçumuz U-21-dədir, digər üçü də U-23-ə cəlb olunub. Aqil Məmmədov da əsas millimizdə çıxış edir. İşimiz də göz qabağındadır (futbol11.az).
100 milyon təklif olundu, qəbul etmədi
Məşqləri izlətmişdi, cəzası bəlli oldu
Klub qənaət üçün futbolçuların maaşını azalda bilər
Messi üçün şou hazırladılar, azarkeşlər etiraz etdi
Arteta İngiltərənin ən çox qazanan məşqçisi oldu
“Liverpul”un futbolçusu sıradan çıxdı
“Barselona”da qapıçı problemi var
Zelimdən gümüş, Ömərdən bürünc medal - Dünya çempionatı
“Şahdağ Qusar” 6 qollu qələbə qazandı
Azərbaycan kubokunda yeni mövsümə start verildi
Azərbaycan millisi Türkiyə klubu ilə qarşılaşacaq
Səmədov Severinanı mükafatlandırdı
Tanınmış futbolçu karyerasını başa vurdu
Argentina Prezidenti Messiyə təşəkkür etdi
AFFA-dan 3 komandaya texniki məğlubiyyət
“Arsenal” Arteta ilə müqaviləsini uzatdı - Rəsmi
Azərbaycan millisi FİFA reytinqində gerilədi
Jesus Ronaldonun açıqlamasına belə cavab verdi
Keyn İngiltərə millisinin rekordunu təkrarladı
Artetadan maraqlı qərar: Pilotlardan məsləhət alacaq
1-ci liqada 19 günlük fasilə başa çatır
Skaloni Messinin vidasından danışdı
"Baş verənlər biabırçılıqdır” - Modriç
Montellanın Türkiyə millisindəki taleyi bəlli oldu
Avropa çempionatı: Daha 5 boksçumuz 1/4 finala yüksəldi
Tuhel İngiltərə millisində rekorda imza atdı
"Kəpəz"in legioneri Slovakiyaya qarşı oynadı
İspaniya Xorvatiyaya belə qalib gəldi - Video
Bu da son. Əlvida, Messi!.. - Şəkillər
İngiltərə və İspaniyadan qələbə
“Milan” “Barselona”nın futbolçusuna göz dikdi
“Futbolu daha çox sevməyimə səbəb oldun”
“Beşiktaş”ın zədəli futbolçusundan xəbər var
UEFA araşdırmalara başladı
Prezidenti seçildi, sonra vəzifəsindən uzaqlaşdırıldı
“Tariximizin ən yaxşı nəticəsini əldə etdik” - Rəşad Eyyubov
Milli komandanın rekordunu yenilədi
Stas Pokatilovun yığması heç-heçə etdi
Azərbaycan millisindən böyükhesablı qələbə
Qanunsuz oynadı, FİFA tədbir görmədi