"Qarabağ"ın futbolçusu Muarem Muarem Azərbaycan kubokunun yarımfinalında "Neftçi" ilə ilk oyundan (2:0) sonra Qol.az-ın müxbirinin də iştirak etdiyi brifinqdə jurnalistlərin suallarını cavablandırıb.
- Rəqib qapısından ilk qolu sən keçirdin və qalib gəldiniz..
- Bu oyuna yaxşı hazırlaşmışdıq. Səfərdə iki cavabsız qol vurmaq bizim üçün böyük üstünlükdür. Amma hələ “Neftçi” ilə cavab qarşılaşmamız var. Heç nə bitməyib, diqqətli olmalıyıq.
- Azərbaycan çempionatında ev-səfər matçları arasında fərqi hiss edirsən? Demək olar ki, bütün matçlar Bakıda keçirilir.
- Bütün oyunlarda hiss olunmasa da, bugünkü kimi matçlarda hiss olunur. “Qəbələ”, “Sumqayıt”la oyunlarda da rəqib azarkeşlərin dəstəyin görmək olur.
- 2:0 hesabı ilə qalib gəlsəniz də, hələ də finalın qapısını açdığınızı düşünmürsünüz?
- İndidən finala vəsiqə qazandığımızı düşünmürəm. “Neftçi” yaxşı formadadır. Qış fasiləsindən sonra heyətlərin gücləndirdilər və “Qəbələ”, “İnter” kimi komandaları məğlub etdilər.
- Səncə, “Neftçi”nin bugünkü zəif çıxışının səbəbi nə idi?
- Onları yaxşı analiz etmişdik. Öz oyunumuzu oynamağa başladıq və erkən qolu vurduq. Kənardan asan görünə bilər, ancaq çətin idi.
- Oyundan əvvəl “Neftçi”nin 80 illik yubiley tədbiri oldu. Belə gündə “Neftçi”ni məğlub etmək istəyi daha çox deyildi?
- Xəbərim var. Amma komanda olaraq bu barədə düşünməmişik.
- Qələbə qazanacağınız təqdirdə xüsusi mükafat vəd olunmuşdu?
- Xeyr, belə bir söhbət olmayıb.
- Əsas rəqibiniz “Qəbələ” də Azərbaycan kubokunun digər yarımfinal matçında “İnter”i səfərdə 3:1 hesabı ilə məğlub etdi...
- “Qəbələ” indidən finalı düşünə bilər, amma bizim üçün hələ tezdir.
- Bu mövsüm ancaq “Qəbələ” və “Qarabağ”ın yarışı olduğunu demək olarmı?
- Çempionatın ilk günlərində bəzi komandalarda problemlər vardı. “Neftçi” daha öncədən belə formada olsaydı, bizimlə bərabər çempionluq yarışında olardı. Ümid edirəm ki, gələn il daha da yaxşılaşar, çempionat, komandalar da güclənər.
Məftun RƏSULZADƏ
100 milyon təklif olundu, qəbul etmədi
Məşqləri izlətmişdi, cəzası bəlli oldu
Klub qənaət üçün futbolçuların maaşını azalda bilər
Messi üçün şou hazırladılar, azarkeşlər etiraz etdi
Arteta İngiltərənin ən çox qazanan məşqçisi oldu
“Liverpul”un futbolçusu sıradan çıxdı
“Barselona”da qapıçı problemi var
Zelimdən gümüş, Ömərdən bürünc medal - Dünya çempionatı
“Şahdağ Qusar” 6 qollu qələbə qazandı
Azərbaycan kubokunda yeni mövsümə start verildi
Azərbaycan millisi Türkiyə klubu ilə qarşılaşacaq
Səmədov Severinanı mükafatlandırdı
Tanınmış futbolçu karyerasını başa vurdu
Argentina Prezidenti Messiyə təşəkkür etdi
AFFA-dan 3 komandaya texniki məğlubiyyət
“Arsenal” Arteta ilə müqaviləsini uzatdı - Rəsmi
Azərbaycan millisi FİFA reytinqində gerilədi
Jesus Ronaldonun açıqlamasına belə cavab verdi
Keyn İngiltərə millisinin rekordunu təkrarladı
Artetadan maraqlı qərar: Pilotlardan məsləhət alacaq
1-ci liqada 19 günlük fasilə başa çatır
Skaloni Messinin vidasından danışdı
"Baş verənlər biabırçılıqdır” - Modriç
Montellanın Türkiyə millisindəki taleyi bəlli oldu
Avropa çempionatı: Daha 5 boksçumuz 1/4 finala yüksəldi
Tuhel İngiltərə millisində rekorda imza atdı
"Kəpəz"in legioneri Slovakiyaya qarşı oynadı
İspaniya Xorvatiyaya belə qalib gəldi - Video
Bu da son. Əlvida, Messi!.. - Şəkillər
İngiltərə və İspaniyadan qələbə
“Milan” “Barselona”nın futbolçusuna göz dikdi
“Futbolu daha çox sevməyimə səbəb oldun”
“Beşiktaş”ın zədəli futbolçusundan xəbər var
UEFA araşdırmalara başladı
Prezidenti seçildi, sonra vəzifəsindən uzaqlaşdırıldı
“Tariximizin ən yaxşı nəticəsini əldə etdik” - Rəşad Eyyubov
Milli komandanın rekordunu yenilədi
Stas Pokatilovun yığması heç-heçə etdi
Azərbaycan millisindən böyükhesablı qələbə
Qanunsuz oynadı, FİFA tədbir görmədi
AFFA klub rəsmisini cəzalandırdı
Rəşid Məmmədəliyev bürünc medal qazandı - Dünya çempionatı
Azərbaycanın U-20 millisi Yaponiyaya qalib gəldi