"Qarabağ"ın vitse-prezidenti Tahir Gözəl Azərbaycan kubokunun yarımfinalında "Neftçi" ilə ilk oyundan (2:0) sonra Qol.az-ın müxbirinin də iştirak etdiyi brifinqdə jurnalistlərin suallarını cavablandırıb. O, ilk olaraq qələbəni şərh edib.
- Çox gözəl və maraqlı oyun izlədik. 2 qolu da erkən vurmağımız bizim işimizi asanlaşdırdı. Oyun boyu temp yüksək oldu. Məğlub olmasına baxmayaraq, “Neftçi” də çox çalışdı. Əsas heyət oyunçularımızdan bir neçəsi oyunda iştirak edə bilməsə də, layiqli qələbə qazandıq. Mən komandamın oyunundan razı qaldım.
- Oyunun atmosferi, azarkeşlərin dəstəyi xoşunuza gəldi?
- Bəli, mən çox bəyəndim. Gözəl matç keçdi.
- Artıq “Qarabağ”ın finala vəsiqə qazandığını demək olarmı?
- Yox, mən futbolda öncədən belə bir şeyi deməyə heç vaxt cəsarət etmərəm. Bu matçın cavab qarşılaşması da keçiriləcək. Bizdə böyük həvəs var. Doğma meydanda oynayacağıq. Bu da bizə üstünlük verəcək. Azarkeşlərimizi oyuna, tribunaları doldurmağa dəvət edirəm.
- “Qəbələ” də “İnter”i səfərdə 3:1 hesabı ilə məğlub etdi. Finalda “Qəbələ” ilə qarşılaşmaq necə olardı?
- Doğurdan da çox maraqlı olacaq. Həm çempionatda, həm də kubokda mübarizə aparacağıq. Maraqlı oyun olacaq. Hər şeyi zaman göstərəcək.
- Əgər finala yüksəlsəniz, həlledici görüşün Naxçıvanda olmaq ehtimalı yüksəkdir. Sizcə, bu, komandaya necə təsir edəcək?
- Doğurdan? Mən bu məlumatı ilk dəfə eşidirəm. O zaman hamımız Naxçıvanda, finalda görüşərik (gülür).
- Qara Qarayevin millinin heyətində keçirdiyi Almaniya ilə oyundan sonra Avropa klublarının maraq dairəsinə düşdüyü xəbəri yayılmışdı. Əgər belə bir təklif olsa, Azərbaycan futbolu naminə Qarayevi az məbləğ qarşılığında satarsınızmı?
- Mənim bu barədə də məlumatım yoxdur. Təklifə gəlincə, bu barədə Qurban müəllimlə danışmaq lazımdır. Əgər Qurban müəllim razılıq verərsə, satarıq. Mənim şəxsi fikrimə görə, Qarayev xaricə getmək və orada inkişaf etmək şansı olarsa, bu keçid “Qarabağ”a mənfi təsir göstərməyəcəksə, onun yerini dolduracaq futbolçumuz varsa, getməyini dəstəkləyərəm. Amma “Qarabağ”a mənfi təsir etməmək şərti ilə.
- Siz Qara Qarayevi Avropanın çempionatlarında oynamağa hazır sayırsınızmı?
- Qarada möhtəşəm istedad var. Niyə də olmasın? Məncə, o, bunu bacara bilər. Amma bilirsiz ki, bəzən elə olur ki, bir futbolçu başqa kluba keçdikdə, uyğunlaşmır, başqa problemlər olur və nəticə verə bilmir. Qaranı kiçik yaşlarından biz yetişdirmişik. “Qarabağ”ı düşünəndə belə bir futbolçunu itirmək istəmirik. Amma o, Avropanın aparıcı klublarına keçə bilərsə və bu, ona xeyir verəcəksə, bu keçidə əngəl olmayacağıq.
Məftun RƏSULZADƏ
100 milyon təklif olundu, qəbul etmədi
Məşqləri izlətmişdi, cəzası bəlli oldu
Klub qənaət üçün futbolçuların maaşını azalda bilər
Messi üçün şou hazırladılar, azarkeşlər etiraz etdi
Arteta İngiltərənin ən çox qazanan məşqçisi oldu
“Liverpul”un futbolçusu sıradan çıxdı
“Barselona”da qapıçı problemi var
Zelimdən gümüş, Ömərdən bürünc medal - Dünya çempionatı
“Şahdağ Qusar” 6 qollu qələbə qazandı
Azərbaycan kubokunda yeni mövsümə start verildi
Azərbaycan millisi Türkiyə klubu ilə qarşılaşacaq
Səmədov Severinanı mükafatlandırdı
Tanınmış futbolçu karyerasını başa vurdu
Argentina Prezidenti Messiyə təşəkkür etdi
AFFA-dan 3 komandaya texniki məğlubiyyət
“Arsenal” Arteta ilə müqaviləsini uzatdı - Rəsmi
Azərbaycan millisi FİFA reytinqində gerilədi
Jesus Ronaldonun açıqlamasına belə cavab verdi
Keyn İngiltərə millisinin rekordunu təkrarladı
Artetadan maraqlı qərar: Pilotlardan məsləhət alacaq
1-ci liqada 19 günlük fasilə başa çatır
Skaloni Messinin vidasından danışdı
"Baş verənlər biabırçılıqdır” - Modriç
Montellanın Türkiyə millisindəki taleyi bəlli oldu
Avropa çempionatı: Daha 5 boksçumuz 1/4 finala yüksəldi
Tuhel İngiltərə millisində rekorda imza atdı
"Kəpəz"in legioneri Slovakiyaya qarşı oynadı
İspaniya Xorvatiyaya belə qalib gəldi - Video
Bu da son. Əlvida, Messi!.. - Şəkillər
İngiltərə və İspaniyadan qələbə
“Milan” “Barselona”nın futbolçusuna göz dikdi
“Futbolu daha çox sevməyimə səbəb oldun”
“Beşiktaş”ın zədəli futbolçusundan xəbər var
UEFA araşdırmalara başladı
Prezidenti seçildi, sonra vəzifəsindən uzaqlaşdırıldı
“Tariximizin ən yaxşı nəticəsini əldə etdik” - Rəşad Eyyubov
Milli komandanın rekordunu yenilədi
Stas Pokatilovun yığması heç-heçə etdi
Azərbaycan millisindən böyükhesablı qələbə
Qanunsuz oynadı, FİFA tədbir görmədi
AFFA klub rəsmisini cəzalandırdı
Rəşid Məmmədəliyev bürünc medal qazandı - Dünya çempionatı
Azərbaycanın U-20 millisi Yaponiyaya qalib gəldi