Rail Məlikov: "Baş məşqçinin ümidlərini tam doğrulda bilmədik"

XƏBƏR 4 Mart 2010 / 13:25 1834
-  A +

Dünən Lüksemburq və Azərbaycan milli komandaları arasında keçirilmiş yoldaşlıq oyunundan sonra millinin müdafiəçisi Rail Məlikov qarşılaşma ilə bağlı fikirlərini bildirib. Qol.Az-ın AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, Məlikov matçın çətin keçdiyini deyib: «Çətin oyun oldu. Yorğunluq özünü büruzə verdi. Buna baxmayaraq, qələbə qazandıq. Amma yaxşı oynaya bilmədiyimizə görə təəssüflənirəm. Baş məşqçinin ümidlərini tam doğrulda bilmədik. Bunun üçün daha çox çalışmalıyıq».

Daha çox


Son xəbərlər