"Neftçi"nin sabiq futbolçusu Flavinyo Sport24.az saytına müsahibə verib.
Qol.az-ın xəbərinə görə, karyerasını başa vurmuş braziliyalı yarımmüdafiəçi keçmiş günlərini xatırlayıb, “Neftçi”nin hazırkı vəziyyətindən danışıb.
- Braziliyada nə işlə məşğulsan?
- Daşınmaz əmlak satışı və tikinti şirkəti açmışam. Hazırda bu sahədə işlər görürəm.
- Futbolla bağlı fəaliyyətini bitirmisən?
- Əlbəttə! Daha çox futbol oynamadım. Braziliyaya qayıdandan sonra karyeramı bitirmək qərarına gəldim. "Şapekoense"dən sonra futbol oynamadım. Düşündüm ki, bu, daha yaxşıdır.
- Deyəsən, "Neftçi"dən ayrılandan sonra futbola marağın da yox olub?
- Burda o qədər də uğurlu alınmadı. Ona görə də bitirmək qərarı verdim.
- Azərbaycan Premyer Liqasını izləyirsən?
- İnternetdən nəticələrə baxıram. “Facebook”da "Neftçi"nin oyunlarını izləyirəm.
- Bura qayıtmaq istəyirsən?
- Azərbaycan, Bakı üçün çox darıxıram. Doğrudan, orada əla günlərim keçib. Belə demək mümkünsə, burnumun ucu göynəyir. Yenidən "Neftçi"nin formasını geyinmək istəyirəm.
- Amma sabiq komandanın hazırkı durumu heç də xoş deyil...
- Mənim üçün "Neftçi" həmişə orada qazandığım 5 titul və UEFA Avropa Liqasının qrup mərhələsinə düşən komandadır. Biz Sadıq Sadıqovun rəhbərliyi altında çox şey etdik. Əgər komanda əvvəlki günlərə dönmək istəyirsə, uğurlar qazanmaq, zirvələri fəth etmək istəyirsə, Sadıq Sadıqovun rəhbərliyi altında işləmiş insanlar ora dönməlidir.
- Düşünürsən ki, bu, komandanın vəziyyətini dəyişəcək? İndiki halda uğur mümkün görünmür?
- Futbol nəticələrdən ibarətdir. Nə edirsən et, hər zaman qazandıqlarınla xatırlanacaqsan. Bu, bütün dünyada belədir. Ona görə də əldə olunan uğurlara baxıb, danışmaq lazımdır. Üç çempionluq, 2 kubok, UEFA Avropa Liqasının qrup mərhələsi. Məgər bunlar bəs etmir ki, durumu izah edəsən?
- Bu il komandanın yaranmasının 80 illiyidir...
- Bu, çox böyük hadisədir. "Neftçi" tarixində ən yaddaqalan illərdən biridir. Çünki dünyada barmaqla sayılacaq qədər bu yaşda, daha böyük komandalar var. Onları təbrik etdim.
- "Neftçi"də kimləri təbrik etdin?
- Klubu və azarkeşlərini təbrik etdim. Onlara uğurlar arzuladım.
- Bu gün komanda Azərbaycan Kubokunun yarımfinalında "Qarabağ"a qarşı oynayacaq. Hansı nəticəni gözləyirsən?
- "Neftçi"dən həmişə uğurlu nəticə gözləyirəm. Bilirəm çətin olacaq, amma onlara uğurlar arzulayıram.
100 milyon təklif olundu, qəbul etmədi
Məşqləri izlətmişdi, cəzası bəlli oldu
Klub qənaət üçün futbolçuların maaşını azalda bilər
Messi üçün şou hazırladılar, azarkeşlər etiraz etdi
Arteta İngiltərənin ən çox qazanan məşqçisi oldu
“Liverpul”un futbolçusu sıradan çıxdı
“Barselona”da qapıçı problemi var
Zelimdən gümüş, Ömərdən bürünc medal - Dünya çempionatı
“Şahdağ Qusar” 6 qollu qələbə qazandı
Azərbaycan kubokunda yeni mövsümə start verildi
Azərbaycan millisi Türkiyə klubu ilə qarşılaşacaq
Səmədov Severinanı mükafatlandırdı
Tanınmış futbolçu karyerasını başa vurdu
Argentina Prezidenti Messiyə təşəkkür etdi
AFFA-dan 3 komandaya texniki məğlubiyyət
“Arsenal” Arteta ilə müqaviləsini uzatdı - Rəsmi
Azərbaycan millisi FİFA reytinqində gerilədi
Jesus Ronaldonun açıqlamasına belə cavab verdi
Keyn İngiltərə millisinin rekordunu təkrarladı
Artetadan maraqlı qərar: Pilotlardan məsləhət alacaq
1-ci liqada 19 günlük fasilə başa çatır
Skaloni Messinin vidasından danışdı
"Baş verənlər biabırçılıqdır” - Modriç
Montellanın Türkiyə millisindəki taleyi bəlli oldu
Avropa çempionatı: Daha 5 boksçumuz 1/4 finala yüksəldi
Tuhel İngiltərə millisində rekorda imza atdı
"Kəpəz"in legioneri Slovakiyaya qarşı oynadı
İspaniya Xorvatiyaya belə qalib gəldi - Video
Bu da son. Əlvida, Messi!.. - Şəkillər
İngiltərə və İspaniyadan qələbə
“Milan” “Barselona”nın futbolçusuna göz dikdi
“Futbolu daha çox sevməyimə səbəb oldun”
“Beşiktaş”ın zədəli futbolçusundan xəbər var
UEFA araşdırmalara başladı
Prezidenti seçildi, sonra vəzifəsindən uzaqlaşdırıldı
“Tariximizin ən yaxşı nəticəsini əldə etdik” - Rəşad Eyyubov
Milli komandanın rekordunu yenilədi
Stas Pokatilovun yığması heç-heçə etdi
Azərbaycan millisindən böyükhesablı qələbə
Qanunsuz oynadı, FİFA tədbir görmədi
AFFA klub rəsmisini cəzalandırdı
Rəşid Məmmədəliyev bürünc medal qazandı - Dünya çempionatı
Azərbaycanın U-20 millisi Yaponiyaya qalib gəldi
Arda Gülerdən daha bir ilk