AFFA "Zirə" ilə bağlı bəyanat yayıb.
Qol.az-ın qurumun saytına istinadən yaydığı xəbərə görə, bəyanatda bildirilir:
"UEFA-nın Klubların Lisenziyalaşdırılması və Maliyyə Fair Play qaydalarında əks olunmuş tələbə əsasən UEFA-nın Klub Yarışlarında iştirak edən klublar müvafiq lisenziya əldə etməlidir. UEFA lisenziyasının alınması üçün klublar qaydalarda göstərilmiş bütün mütləq meyarlara cavab verməlidir. Bu qaydalardan biri "3 illik üzvlük qaydası” adlanır. Həmin qaydaya əsasən, lisenziya iddiaçısı lisenziyalaşdırma mövsümünün əvvəlində ən azı ardıcıl 3 il ərzində fəaliyyət göstərməli və daxili yarışlarda iştirak etməlidir.
Lisenziyalaşdırma mövsümü olaraq UEFA-nın klub yarışlarının mövsümü nəzərdə tutulur. UEFA-nın klub yarışlarının növbəti mövsümünə 2017-ci ilin iyun ayında start verilir. Məlum olduğu kimi, Premyer Liqa yarışlarında çıxış edən "Zirə” FK 2014-cü il iyulun 18-də təsis olunub və I divizionda çıxış etməyə başlayıb. Ötən mövsüm gümüş medallara sahib olmuş və idman nəticələrinə əsasən UEFA-nın klub yarışlarında iştirak etmək hüququnu qazanmış "Zirə” FK yuxarıda qeyd olunmuş qaydada qeyd olunan müddətdən az fəaliyyətdə olduğu üçün UEFA lisenziyasını ala bilməyib. Yuxarıda qeyd olunduğu kimi, UEFA-nın klub yarışlarının mövsümün iyun ayında başlaması və "Zirə” FK-nın 2014-cü ilin iyul ayında təsis olunması nəzərə alınaraq, "Zirə” FK-nın növbəti mövsümə qədər olan fəaliyyəti UEFA qaydalarına əsasən 3 ildən az hesab olunur.
Bütün qeyd olunanları nəzərə alaraq, AFFA bu məsələdə "Zirə” FK-ya istisna yanaşmanın tətbiq olunması ilə bağlı UEFA-ya müraciət edib. UEFA müraciətin baxılması üçün prosesə başlayaraq həm AFFA, həm də "Zirə” FK tərəfindən müvafiq sənədlərin toplanmasını və vaxtında UEFA-ya təqdim olunmasını tələb etmişdi. Tələb olunmuş bütün sənədlər UEFA-ya qaydasında və vaxtında təqdim olunub. 2017-ci il martın 29-da UEFA müraciəti müsbət cavablandırıb. Bu qərara əsasən, "Zirə” FK 2017-18-ci il mövsümündə UEFA lisenziyasının almaq hüququna malikdir.
Məlumatda həmçinin qeyd olunub ki, UEFA-nın qərarı "Zirə” FK-nın avtomatik UEFA lisenziyası alması anlamına gəlmir və "Zirə” FK növbəti mövsüm üçün UEFA lisenziyasının alınması məqsədilə Lisenziyalaşdırma qaydalarında əks olunmuş bütün mütləq tələbləri yerinə yetirməli və bunu təsdiq edən bütün sənədləri AFFA-nın lisenziyalaşdırma qrupuna təqdim etməlidir. 2017-18-ci il mövsümündə UEFA-nın klub yarışlarında və Premyer Liqa yarışlarında iştirak etmək üçün lisenziya üçün müraciət etmiş klublarla bağlı qərarlar 2017-ci ilin may ayında AFFA-nın Lisenziya Komissiyası tərəfindən veriləcək".
100 milyon təklif olundu, qəbul etmədi
Məşqləri izlətmişdi, cəzası bəlli oldu
Klub qənaət üçün futbolçuların maaşını azalda bilər
Messi üçün şou hazırladılar, azarkeşlər etiraz etdi
Arteta İngiltərənin ən çox qazanan məşqçisi oldu
“Liverpul”un futbolçusu sıradan çıxdı
“Barselona”da qapıçı problemi var
Zelimdən gümüş, Ömərdən bürünc medal - Dünya çempionatı
“Şahdağ Qusar” 6 qollu qələbə qazandı
Azərbaycan kubokunda yeni mövsümə start verildi
Azərbaycan millisi Türkiyə klubu ilə qarşılaşacaq
Səmədov Severinanı mükafatlandırdı
Tanınmış futbolçu karyerasını başa vurdu
Argentina Prezidenti Messiyə təşəkkür etdi
AFFA-dan 3 komandaya texniki məğlubiyyət
“Arsenal” Arteta ilə müqaviləsini uzatdı - Rəsmi
Azərbaycan millisi FİFA reytinqində gerilədi
Jesus Ronaldonun açıqlamasına belə cavab verdi
Keyn İngiltərə millisinin rekordunu təkrarladı
Artetadan maraqlı qərar: Pilotlardan məsləhət alacaq
1-ci liqada 19 günlük fasilə başa çatır
Skaloni Messinin vidasından danışdı
"Baş verənlər biabırçılıqdır” - Modriç
Montellanın Türkiyə millisindəki taleyi bəlli oldu
Avropa çempionatı: Daha 5 boksçumuz 1/4 finala yüksəldi
Tuhel İngiltərə millisində rekorda imza atdı
"Kəpəz"in legioneri Slovakiyaya qarşı oynadı
İspaniya Xorvatiyaya belə qalib gəldi - Video
Bu da son. Əlvida, Messi!.. - Şəkillər
İngiltərə və İspaniyadan qələbə
“Milan” “Barselona”nın futbolçusuna göz dikdi
“Futbolu daha çox sevməyimə səbəb oldun”
“Beşiktaş”ın zədəli futbolçusundan xəbər var
UEFA araşdırmalara başladı
Prezidenti seçildi, sonra vəzifəsindən uzaqlaşdırıldı
“Tariximizin ən yaxşı nəticəsini əldə etdik” - Rəşad Eyyubov
Milli komandanın rekordunu yenilədi
Stas Pokatilovun yığması heç-heçə etdi
Azərbaycan millisindən böyükhesablı qələbə
Qanunsuz oynadı, FİFA tədbir görmədi
AFFA klub rəsmisini cəzalandırdı
Rəşid Məmmədəliyev bürünc medal qazandı - Dünya çempionatı
Azərbaycanın U-20 millisi Yaponiyaya qalib gəldi
Arda Gülerdən daha bir ilk