"Qarabağ"ın yarımmüdafiəçisi Qara Qarayevə Avropa klublarından təklif gəlib. Millimizin üzvü Qol.az-ın müxbiri ilə söhbətində bu təklifləri dəyərləndirmək istədiyini deyib.
- Avropanın aparıcı çempionatlarında çıxış edən klublardan təklif aldığın haqda xəbərlər yayılıb.
- Bunu AFFA-nın seleksiya məsələləri üzrə baş koordinatoru Riad Rəfiyev mənə deyib. Ancaq tam ətraflı məlumatım yoxdur.
- Təklif göndərən klubların səninlə danışığı olub?
- Yox.
- Təkliflər hanı ölkələrin klublarındandır?
- Mənə sadəcə Avropadan təkliflər olduğunu dedilər. Mən isə "Qarabağ"la müqaviləm olduğunu, hələ ki, heç nə danışa bilmədiyimi dedim. Ancaq bildirdim ki, təklif varsa, müzakirə etmək olar. Təklif karyerama müsbət təsir edəcək klubdandırsa, bunu dəyərləndirmək olar.
- "Qarabağ"la müqavilən nə vaxt bitir?
- Bu ilin mayında.
- Müqaviləni uzatmaq istəyirsən, yoxsa təkliflər haqda düşünürsən?
- Hələ ki, "Qarabağ"la bu haqda danışmamışıq. Müqavilənin başa çatmasını gözləyirəm. Ondan sonra hər şeyi danışacağıq. Xaricdən gələn hər hansı bir təklifi dəyərləndirmək istəyirəm. İstəyim "Qarabağ"dan asılıdır. Görək, klubum nə qərar verəcək.
- "Qarabağ" sənə yeni müqavilə təklif edib?
- Yox. Hələ ki, yeni müqavilə haqda heç nə danışmamışıq. Bir ay da səbr etməli olacağıq. Çempionatın sonunda hər şeyə aydınlıq gələcək. Xaricdən təklif göndərənlər yəqin ki, bunu mövsümün sonu üçün düşünürlər.
- Yəqin ki, özün də Avropa klublarına getmək istəyirsən..
- Getmək istəyirəm. Ancaq düzgün seçim etməliyəm. Yanlışlıq etsəm, karyeramda böyük itkilər ola bilər. Ona görə də düşünüb-daşınmalıyam. Futbol ictimaiyyətinin Qara xaricə getdi deyə düşünməsi üçün Avropaya getmərəm. Gərək elə yerə gedim ki, oynaya bilim. Bir az çətin mərhələdir. Təliflər haqda xeyli düşünməliyəm. Maddiyyatın elə də önəmi olmasa da, hərdən bu nüansa da fikir verməliyik. Ölkə xaricinə gediriksə, rahat yaşamaq üçün pul da lazımdır. Təkliflər istəyimlə uyğun olsa, dəyərləndirəcəm. Amma hələ ki, qərarsızam.
Ramiq AĞAMƏMMƏDOV
100 milyon təklif olundu, qəbul etmədi
Məşqləri izlətmişdi, cəzası bəlli oldu
Klub qənaət üçün futbolçuların maaşını azalda bilər
Messi üçün şou hazırladılar, azarkeşlər etiraz etdi
Arteta İngiltərənin ən çox qazanan məşqçisi oldu
“Liverpul”un futbolçusu sıradan çıxdı
“Barselona”da qapıçı problemi var
Zelimdən gümüş, Ömərdən bürünc medal - Dünya çempionatı
“Şahdağ Qusar” 6 qollu qələbə qazandı
Azərbaycan kubokunda yeni mövsümə start verildi
Azərbaycan millisi Türkiyə klubu ilə qarşılaşacaq
Səmədov Severinanı mükafatlandırdı
Tanınmış futbolçu karyerasını başa vurdu
Argentina Prezidenti Messiyə təşəkkür etdi
AFFA-dan 3 komandaya texniki məğlubiyyət
“Arsenal” Arteta ilə müqaviləsini uzatdı - Rəsmi
Azərbaycan millisi FİFA reytinqində gerilədi
Jesus Ronaldonun açıqlamasına belə cavab verdi
Keyn İngiltərə millisinin rekordunu təkrarladı
Artetadan maraqlı qərar: Pilotlardan məsləhət alacaq
1-ci liqada 19 günlük fasilə başa çatır
Skaloni Messinin vidasından danışdı
"Baş verənlər biabırçılıqdır” - Modriç
Montellanın Türkiyə millisindəki taleyi bəlli oldu
Avropa çempionatı: Daha 5 boksçumuz 1/4 finala yüksəldi
Tuhel İngiltərə millisində rekorda imza atdı
"Kəpəz"in legioneri Slovakiyaya qarşı oynadı
İspaniya Xorvatiyaya belə qalib gəldi - Video
Bu da son. Əlvida, Messi!.. - Şəkillər
İngiltərə və İspaniyadan qələbə
“Milan” “Barselona”nın futbolçusuna göz dikdi
“Futbolu daha çox sevməyimə səbəb oldun”
“Beşiktaş”ın zədəli futbolçusundan xəbər var
UEFA araşdırmalara başladı
Prezidenti seçildi, sonra vəzifəsindən uzaqlaşdırıldı
“Tariximizin ən yaxşı nəticəsini əldə etdik” - Rəşad Eyyubov
Milli komandanın rekordunu yenilədi
Stas Pokatilovun yığması heç-heçə etdi
Azərbaycan millisindən böyükhesablı qələbə
Qanunsuz oynadı, FİFA tədbir görmədi
AFFA klub rəsmisini cəzalandırdı
Rəşid Məmmədəliyev bürünc medal qazandı - Dünya çempionatı
Azərbaycanın U-20 millisi Yaponiyaya qalib gəldi
Arda Gülerdən daha bir ilk