"Yalnız Almaniya bizə qol vura bilib" - rəqibimizin baş məşqçisi

"Yalnız Almaniya bizə  qol vura bilib" - rəqibimizin baş məşqçisi
ÖLKƏ FUTBOLU 27 Mart 2017 / 12:47 5896
-  A +

"Biz qrupda yaxşı vəziyyətdəyik. Komandmız getdikcə lazım olan səviyyəyə çatır".

Qol.az-ın məlumatına görə, bu sözləri Şimali İrlandiya millisinin baş  məşqçisi Maykl O'Nil
 DÇ-2018-in seçmə mərhələsində Norveçə qalib gəldikləri oyundan (2:0) sonra deyib.

Qrupda ikinci pilləyə yüksələn Şimali İrlandiya yığmasının növbəti oyunu milimizə qarşı olacaq. Rəqibimizin baş məşqçisi Bakıda keçiriləcək görüş haqda da fikir bildirib: "Qalib gəlsək, Azərbaycanla xal fərqini 6-ya çatdıracağıq. Sonra isə Almaniya və Çexiya ilə rəqabətə girəcəyik".

47 yaşlı mütəxəssis qrupdan çıxmaq şanslarını yüksək olduğunu əlavə edib:"Düşünürəm ki, dünya çempionatına yollana bilərik. Bizim ev oyunlarında əla rekordumuz var. Bundan başqa, 5 oyunun 4-də qol buraxmamışıq.  Yalnız dünya çempionu Almaniya bizə  qol vura bilib".

Qeyd edək ki, millimiz Şimali İrlandiya ilə iyunun 10-da qarşılaşacaq. Komandamız səfərdə keçirilən ilk görüşdə bu rəqibinə 0:4 hesabı ilə uduzub.

Daha çox


Son xəbərlər