“İnanırıq ki, qrupdan çıxa biləcəyik” - Dəniz Yılmaz

“İnanırıq ki, qrupdan çıxa biləcəyik” -  Dəniz Yılmaz
ÖLKƏ FUTBOLU 27 Mart 2017 / 01:52 4702
-  A +

“Almaniya yığması çox güclüdür. Dünya və Avropa çempionu olan komandaya qarşı oynadıq. Onlara qarşı oynamaq asan deyildi. Pozitiv düşünürük. İrəlidə oyunlarımız var və inanırıq ki, qrupdan çıxa biləcəyik”

Qol.az-ın xəbərinə görə, bu sözləri millimizin hücumçusu Dəniz Yılmaz DÇ-2018-in Almaniyaya qarşı oyunundan (1:4) sonra jurnalistlərə açıqlamasında bildirib.

O, yığmaya yeni cəlb olunmasına baxmayaraq, komanda yoldaşları ilə anlaşa bildiyini deyib: “Komanda yoldaşlarımı başa düşməkdə çətinlik çəkdiyimi deməzdim. Düşünürəm ki, hər şey yaxşı idi”.

29 yaşlı forvard matça əsas heyətdə başlamadığına görə probleminin olmadığını, baş məşqçinin qərarlarına hörmət etdiyini söyləyib: “Heç bir narazılığım yoxdur. Bu, mənim üçün problem deyil. Baş məşqçimizin qərarlarına hörmət edirəm”.

O, Almaniyanın “Bavariya” klubunda birlikdə oynadığı sabiq komanda yoldaşı Tomas Müllerlə oyunun gedişində olan dialoqundan danışıb: “Dəyişən bir şey yoxdur. Tomas Müller köhnə dostumdur, “Bavariya”da bir yerdə oynamışıq. Yaxşı anlaşırıq, dialoqumuz da dostluqdan irəli gəlirdi”

Daha çox


Son xəbərlər