“Stadionda möhtəşəm atmosfer vardı. Azarkeşlərə təşəkkür edirəm. Komandam yaxşı oynadı”.
Qol.az-ın xəbərinə görə, bu sözləri millimizin baş məşqçisi Robert Prosineçki DÇ-2018-in Almaniyaya qarşı oyunundan (1:4) sonra keçirilən mətbuat konfransında bildirib. O deyib ki, komandası əzmkar mübarizə aparıb.
- Ümumən komandanın oyunundan razı qaldım. Futbolçularımla fəxr edirəm. Futbolda səhvlər olur. Almaniya isə belə səhvləri bağışlamır.
- İki fərqli hissə izlədik. Fasilədən sonra nə dəyişdi? Almaniya arxayınlaşdı, yoxsa biz təzyiqi artırdıq?
- Bəlkə də siz elə görmüsüz. Gəlin, hissələri kənara qoyaq. İkinci qolu Əfranın səhvindən sonra buraxdıq. Üçüncü qolda Qomesə yaxın oynamaq lazım idi. Səhvlər etməsəydik, fasiləyə bərabərliklə yollansaydıq, bəlkə də hər şey başqa cür olardı.
- Renat Dadaşovun heyətdən kənarlaşdırılmasının səbəbi nədi?
- Renatın 18 yaşı var. İlk dəfə idi milli ilə birlikdə olurdu. Çox istedadlı futbolçudur. Gələcəkdə onun xidmətindən çox istifadə edəcəyik. Öz üzərində işləməlidir. Renat Dadaşovun belə rəqibə qarşı oynaması üçün hələ tezdir. Gələcəkdə ona şans verəcəyəm.
- Oyunöncəsi mətbuat konfransında demişdiniz ki, rəqibi tam analiz etmişik. Məğlubiyyətin səbəbi nə idi? Futbolçular tapşırıqlarınızı meydanda düzgün yerinə yetirə bilmədilər?
- Rəqibin futbolçuları bizdən çox üstündülər. Baxın, onlar hansı klublarda oynayırlar. Yalan danışmaq istəmirəm. Komanda bacardığını meydanda göstərdi. Maksimum mübarizə apardıq. Peşəkar futbol oynayanlar məni başa düşər. Bundan çox nəsə edə bilməzdik. Almaniyanın futbolçuları hər həftə top futbol oynayırlar.
- Oyun təcrübəsi olmayan futbolçular yenə start heyətində idilər. Əfran İsmayılov, Rahid Əmirquliyev və Qara Qarayev buna misal kimi göstərmək olar. Bu, oyunçu çatışmazlığından qaynaqlanır?
- Bu gün meydanda olanlar ən yaxşıları idi. Qara Qarayev bu gün mənim üçün meydanın ən yaxşısı idi. Rahid də əzmkar oynadı. Əfran fərqli futbolçudur. 90 dəqiqə onu meydanda görməyə bilərsiniz, amma bir hərəkətlə nəsə edə bilir. Vurduğumuz qolda da onun əməyi var.
- Bəzi futbolçular komandaya tam uyğunlaşmırlar. Məsələn, Əfran İsmayılov çox top itirirdi. Biz Əfrana məcburuq, yoxsa başqa oyunçulara da şans veriləcək?
- Sizinlə razı ola bilmərəm. Mən Əfranla bağlı tam başqa cür düşünürəm. Əfran bizim üçün vacib oyunçudur. Düzdü, bu gün səhv etdi. Amma o meydanda olanda komanda daha özünəinamlı olur, hücuma meyilli olur və qeyri-adi hücumlar qurur.
- Dediniz ki, millimiz bu gün maksimum oyununu göstərdi. Bu maksimumla Çexiya və Şimali İrlandiyanı Bakıda məğlub edə biləcəyikmi?
- Bunu deyə bilmərəm. Amma belə oyunla rəqibimiz Almaniya yox, başqa komanda olsaydı, mütləq qalib gələrdik.
100 milyon təklif olundu, qəbul etmədi
Məşqləri izlətmişdi, cəzası bəlli oldu
Klub qənaət üçün futbolçuların maaşını azalda bilər
Messi üçün şou hazırladılar, azarkeşlər etiraz etdi
Arteta İngiltərənin ən çox qazanan məşqçisi oldu
“Liverpul”un futbolçusu sıradan çıxdı
“Barselona”da qapıçı problemi var
Zelimdən gümüş, Ömərdən bürünc medal - Dünya çempionatı
“Şahdağ Qusar” 6 qollu qələbə qazandı
Azərbaycan kubokunda yeni mövsümə start verildi
Azərbaycan millisi Türkiyə klubu ilə qarşılaşacaq
Səmədov Severinanı mükafatlandırdı
Tanınmış futbolçu karyerasını başa vurdu
Argentina Prezidenti Messiyə təşəkkür etdi
AFFA-dan 3 komandaya texniki məğlubiyyət
“Arsenal” Arteta ilə müqaviləsini uzatdı - Rəsmi
Azərbaycan millisi FİFA reytinqində gerilədi
Jesus Ronaldonun açıqlamasına belə cavab verdi
Keyn İngiltərə millisinin rekordunu təkrarladı
Artetadan maraqlı qərar: Pilotlardan məsləhət alacaq
1-ci liqada 19 günlük fasilə başa çatır
Skaloni Messinin vidasından danışdı
"Baş verənlər biabırçılıqdır” - Modriç
Montellanın Türkiyə millisindəki taleyi bəlli oldu
Avropa çempionatı: Daha 5 boksçumuz 1/4 finala yüksəldi
Tuhel İngiltərə millisində rekorda imza atdı
"Kəpəz"in legioneri Slovakiyaya qarşı oynadı
İspaniya Xorvatiyaya belə qalib gəldi - Video
Bu da son. Əlvida, Messi!.. - Şəkillər
İngiltərə və İspaniyadan qələbə
“Milan” “Barselona”nın futbolçusuna göz dikdi
“Futbolu daha çox sevməyimə səbəb oldun”
“Beşiktaş”ın zədəli futbolçusundan xəbər var
UEFA araşdırmalara başladı
Prezidenti seçildi, sonra vəzifəsindən uzaqlaşdırıldı
“Tariximizin ən yaxşı nəticəsini əldə etdik” - Rəşad Eyyubov
Milli komandanın rekordunu yenilədi
Stas Pokatilovun yığması heç-heçə etdi
Azərbaycan millisindən böyükhesablı qələbə
Qanunsuz oynadı, FİFA tədbir görmədi
AFFA klub rəsmisini cəzalandırdı
Rəşid Məmmədəliyev bürünc medal qazandı - Dünya çempionatı
Azərbaycanın U-20 millisi Yaponiyaya qalib gəldi
Arda Gülerdən daha bir ilk