Almaniya milliisinin baş məşqçisi Yoahim Löv bu gün Azərbaycan yığmasına 4:1 hesabı ilə qalib gəldikləri oyundan sonra mətbuat konfransı keçirib.
Qol.az-ın xəbərinə görə, bundestimin baş məşqçisi Yoahim Löv jurnalistlərin oyunla bağlı suallarını cavablandırıb:
- Matçdan tam razı qalmadım. Komandamdan daha yaxşı oyun gözləyirdim. Bilirəm ki, komandam bundan da yaxşı oynaya bilər.
- Şürrledən belə oyun gözləyirdiniz?
- Hə. Ondan tam razı qaldım. 2 qol vurdu. Məşqlərdə və İngiltərə ilə oyunda özünü yaxşı göstərmişdi. Baxmayaraq ki, “Borussiya”da ehtiyatda qalır, amma öz oyunu ilə bunu hiss etdirmədi. Şürrle bizim üçün vacib oyunçudur.
- Yeni ildə iki oyun keçirmisiniz. Komandanızın durumu nə yerdədir?
- İngiltərə və Azərbaycanla oyunları müqayisə etmək olmaz. 4 aydan sonra oynadıq. Komandamdan tam razı qalmadım. İstəyirdim ki, birinci qoldan sonra növbəti qolları vuraq. Amma buna nail ola bilmədik. Səhvlərimiz var. Bunlardan nəticə çıxarmalıyıq. Əlavə etmək istəyirəm ki, tam fərqli Azərbaycan millisi gördüm. Komanda daha inamlıdır. Müdafiədə oturmur. Hücum futbolu oynayır. Azərbaycanın Çexiya və Norveçlə oyunlarını analiz etmişdik. Onlardan belə oyun gözləyirdim. Yeni baş məşqçi gələndən sonra komandada irəliləyiş hiss olunur. Belə kiçik ölkələrə qarşı oynamaq çətindir. Buna görə də komandanın lider futbolçularına təşəkkür edirəm.
- Avro-2012-nin seçmə mərhələsində də Azərbayca hər iki oyunda Almaniyaya qol vurmuşdu. Bu dəfə də Almaniyanın seçmə mərhələdə 4 oyunluq “quru” seriyasına Azərbaycan son qoydu. Buna hazır idiniz?
- Sözsüz ki, mən bu görüşdə də qol buraxmamaq istəyirdim. Amma Azərbaycan qola kimi də, qoldan sonra da yaxşı oynayırdı. Azərbaycan millisi inkişaf edib. Topla yaxşı oynayırlar.
Arteta, Hau, Moyes…
"Real"ın futbolçusunun derbi cəzası bəlli oldu
Dünya çempionatında stadionların boş qalmaq təhlükəsi var
"Qalatasaray"ın ulduzu "Real"a keçə bilər
Millimiz seçmə mərhələyə məğlubiyyətlə başladı
"Yuventus" onu göndərməyə hazırlaşır
Seneqalın apellyasiya şikayəti qeydə alındı
Arbeloa qələbədən sonra oyunçularını belə mükafatlandırır
"Liverpul" Slotla bağlı hansı mövqedədir?
"Əl-Nəsr" Salahın maaşını üçqat artırmağa hazırdır
Kazemironun müqaviləsindəki maneə aradan qaldırıldı
"Milan" azarkeşlərinə qadağa qoyula bilər
Baş məşqçi hakimi tənqid etdiyinə görə cərimələndi
“Liverpul”u tərk etməyi planlaşdırır
“Arsenal” yoxlama oyunu keçirəcək
Azərbaycan millisinin yeni məşqindən - Şəkillər
Kolin Kazım baş məşqçi oldu
"Liverpul" Salahın yerini onunla doldurmaq istəyir
Azərbaycan - Portuqaliya oyununun hakimləri açıqlandı
"Real" Vinisiusla yeni müqavilə imzalayır
"Barselona"nın əsas transfer hədəfi
Ronaldonun oğlu "Real"a keçə bilər
"Bayer"lə 2031-ci ilə qədər müqavilə bağladı
“Əvvəlki “Neftçi” ilə indiki arasında böyük fərq var”
Azərbaycan çempionatının final mərhələsi başladı
Osimhen "Barselona"nın diqqət mərkəzində