Bülənt Qorxmaz: "Avrokuboklara vəsiqə əldə etməyin ən asan yolu kuboku qazanmaqdır"

Bülənt Qorxmaz: "Avrokuboklara vəsiqə əldə etməyin ən asan yolu kuboku qazanmaqdır"
XƏBƏR 3 Mart 2010 / 15:14 2132
-  A +

“Hər bir qarşılaşma kimi, “Standard”la matç da mühüm əhəmiyyət daşıyır. Bizim üçün avrokuboklara vəsiqə əldə etməyin ən asan yolu kuboku qazanmaqdır. Qarşıdakı beş matçda - 1/4 final, yarımfinal və final qarşılaşmalarında uğurlu nəticə qazanmaqla istəyimizə çata bilərik. Kuboku qazanmaq üçün ilk növbədə “Standard”ı mübarizədən kənarlaşdırmalıyıq. Matça ciddi hazırlaşırıq, istəyimizə çatacağımıza inanıram”. Qol.Az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, bu sözləri “Bakı” klubunun baş məşqçisi Bülənt Qorxmaz “Standard”la martın 6-da ölkə kubokunun 1/4 final mərhələsinin ilk oyunları çərçivəsində keçirəcəkləri oyun haqqında danışarkən deyib.

Daha çox


Son xəbərlər