"Bakı" "Standard"la kubok matçının hazırlığını davam etdirir

"Bakı" "Standard"la kubok matçının hazırlığını davam etdirir
XƏBƏR 3 Mart 2010 / 14:55 1828
-  A +

“Bakı” klubunun bir günlük fasilədən sonra komandanın bazasında məşqi baş tutub. Qol.Az-a klubun mətbuat xidmətindən verilən məlumata görə, bir müddətdir zədədən əziyyət çəkən Əhməd Ticani artıq komanda ilə birgə məşq etsə də, toplu çalışmaları kənardan izləyir. Təxminən bir saat yarım davam edən məşq prosesində futbolçuların əhval-ruhiyyəsinin yüksək olduğu nəzərə çarpıb. Komandanın bugünkü səhər məşqi isə Tofiq Bəhramov adına Respublika stadionunda baş tutub. Qeyd edək ki, martın 6-da ölkə kubokunun 1/4 final mərhələsinin ilk oyunları çərçivəsində keçiriləcək “Bakı” – “Standard” matçı saat 17:00-da başlayacaq.

Daha çox


Son xəbərlər