"Barselona" onunla danışıqlar apardığını təkzib etdi

"Barselona" onunla danışıqlar apardığını təkzib etdi
DÜNYA FUTBOLU 25 Mart 2017 / 10:11 4970
-  A +

"Barselona" "Atletik"in (Bilbao) baş məşqçisi Ernesto Valverde ilə danışıqlar apardığı barədə iddialara münasibət bildirib.

Qol.az-ın məlumatına görə, klub rəsmi saytı vasitəsi ilə yaydığı bəyanatda bu xəbərləri təkzib edib. "Barsa" sözügedən mütəxəssis və "Atletik"lə danışıqlar aparmadığını bildirib.

Qeyd edək ki, "Barselona"nın hazırkı baş məşqçisi Luis Enrike mövsümün sonu Kataloniya klubunu tərk edəcəyini açıqlayıb.


Son xəbərlər
topaz banner