Foqts yenidən Bakıda

Foqts yenidən Bakıda
ÖLKƏ FUTBOLU 24 Mart 2017 / 14:20 5456
-  A +

Milli komandamızın sabiq baş məşqçisi Berti Foqts Bakıya gəlib.

Qol.az-ın xəbərinə görə, o, DÇ-2018-in seçmə mərhələsində martın 26-da keçiriləcək Azərbaycan – Almaniya oyununu yayımlayacaq Almaniya televiziyasında ekspert olacaq.

Bu gün AFFA-nın inzibati binasında baş katib Elxan Məmmədov  Berti Foqtsla görüşüb.

Qeyd edək ki, 70 yaşlı mütəxəssis 2008-2014-cü illərdə millimizi çalışdırıb.

Daha çox


Son xəbərlər