“Beşiktaş”dan Abubakara ağır cəza

“Beşiktaş”dan Abubakara ağır cəza
DÜNYA FUTBOLU 21 Mart 2017 / 12:41 6903
-  A +

"Beşiktaş" futbolçusu Vensen Abubakarı 270 min avro məbləğində cərimələyib.

Qol.az-ın “Habertürk”ə istinadən yaydığı xəbərə görə, buna onun son 2 oyunda qırmızı vərəqə alması səbəb olub. V.Abubakar Avropa Liqasının 1/8 finalında "Olimpiakos"la cavab matçındakı qırmızı vərəqəyə görə 200 min avro, Türkiyə superliqasının 25-ci turunda "Antalyaspor"la görüşdəki qırmızı vərəqə üçün isə 70 min avro məbləğində cərimələnib.

Qeyd edək ki, "Beşiktaş"ın baş məşqçi Şenol Günəşin bəzi qərarlarına etiraz edən futbolçular Rikardo Quarejma və Tolgay Arslanı da cəzalandıracağı gözlənilir.


Son xəbərlər
topaz banner