Şvaynştayger ABŞ klubunda

Şvaynştayger ABŞ klubunda
DÜNYA FUTBOLU 21 Mart 2017 / 10:18 3057
-  A +

"Mançester Yunayted"in yarımmüdafiəçisi Bastian Şvaynştayger karyerasını ABŞ-da davam etdirəcək.

Qol.az-ın "Chicago Tribune" nəşrinə istinadən yaydığı xəbərə görə, 32 yaşlı oyunçu MLS təmsilçisi "Çikaqo" klubu ilə 1+1 illik müqavilə imzalayıb. O, ilinə 4.5 milyon dollar qazanacaq.

Onun gələn həftədən yeni komandasına qoşulacağı gözlənilir.

Qeyd edək ki, B.Şvaynştayger bu mövsüm "Mançester Yunayted"də cəmi 4 matçda oynayıb.


Son xəbərlər
topaz banner