İki futbolçu millimizin düşərgəsini tərk etdi

İki futbolçu millimizin düşərgəsini tərk etdi
ÖLKƏ FUTBOLU 21 Mart 2017 / 09:55 5750
-  A +

"Neftçi"nin futbolçuları Ruslan Abışov və Namiq Ələsgərov millimizin düşərgəsindən ayrılıb.

Qol.az-ın AFFA-nın saytına istinadən yaydığı xəbərə görə, sözügedən oyunçular zədəli olduqları üçün DÇ-2018-in seçmə mərhələsində  Almaniya yığması ilə keçirəcəyi oyuna hazırlıq məqsədilə təlim-məşq toplanışını tərk ediblər.

Qeyd edək ki, Azərbaycan - Almaniya görüşü martın 26-ı saat 20:00-da başlayacaq.

Daha çox


Son xəbərlər
topaz banner