"Qərarımı vermişəm" - Arsen Venger

"Qərarımı vermişəm" - Arsen Venger
DÜNYA FUTBOLU 18 Mart 2017 / 20:56 6044
-  A +

"Arsenal"ın baş məşqçisi Arsen Venger London klubundakı gələcək karyerası ilə bağlı qərarını verib.

Qol.az-ın Britaniya mətbuatına istinadən yaydığı xəbərə görə, bu barədə o, İngiltərə Premyer Liqasının 29-cu turunda "Vest Bromviç"ə uduzduqları matçdan sonra jurnalistlərə bildirib. Ancaq fransalı mütəxəssis hansı qərarı verdiyini açıqlamayıb: "Qərarımı vermişəm. Siz də tezliklə öyrənəcəksiniz. Ancaq hazırda əsas məsələ bu deyil. 20 ildir heç bu qədər pis çıxış etməmişik.  Bu, gələcəyimdən daha önəmlidir".

Qeyd edək ki, A.Vengerin "Arsenal"la hazırkı müqaviləsi bu mövsümün sonu başa çatır.


Son xəbərlər
topaz banner