Almaniyalı mütəxəssis Berti Foqts sabah səfərdə Lüksemburqa qarşı keçiriləcək oyunda Azərbaycan millisindən ancaq qələbə gözləyir. Qol.Az-ın məlumatına görə, bu haqda millimizin baş məşqçisi azərbaycanlı jurnalistlərə verdiyi müsahibədə bildirib. Lüksemburqu asan rəqib hesab etməyən Foqts ötən seçmə mərhələdə bu komandanın İsveçrəyə qalib gəldiyini xatırladıb: “Mən futbolçularımızın məşq prosesindəki fəaliyyətindən razıyam. Sabah mən rəqibin yox, öz komandamın oyununu izləyəcəyəm. Ümid edirəm ki, onlar İordaniya ilə oyunla müqayisədə sabah daha yaxşı təsir bağışlayacaqlar. Son rəqibimiz bizdən belə sürətli oyun gözləmirdi”.
Foqts İordaniya ilə oyunda millimizin tərkibində debüt edən və son məşqdə zədə alan Əfran İsmayılovun sabahkı qarşılaşmada meydana çıxıb-çıxmamasının sual altında olduğunu söyləyib. Foqts Vagif Cavadovu millinin duşərgəsinə buraxdığına görə Hollandiyanın “Tvente” klubuna təşəkkür edib. “Biz təkcə bir komanda deyilik, həm də əsl ailəyik” – deyə almaniyalı mütəxəssis vurğulayıb.
Daha sonra almaniyalı mütəxəssis milliylə bağlı digər suallı cavablandırıb.
- Millimizin sizdən öncə və sonra əsas problemi səfərdə oynamaq idi. Son nəticələrə baxdıqda isə səfərdə Lixtenşteyn, Çexiya və İordaniyanı üstələmişik. Demək olarmı ki, artıq futbolçularımız səfərdə mübarizə aparmağı öyrəniblər?
- Biz Əl-Aynda turnirdə bir səhv nəticəsində üstün olduğumuz İraqa uduzduq. Beynəlxalq səviyyəli matçlarda rəqiblər səhvləri bağışlamırlar. İordaniya ilə görüşdə fiziki cəhətdən futbolçulardan razı qalmadım. Həmin qarşılaşmanın ikinci hissəsində isə taktiki baxımından narazılığım var. Bu onu göstərir ki, son 3 ayda təlim-məşq toplanışında olmamışıq. Yəqin ki, gələcəkdə başqa cür olacaq. AFFA və Peşəkar Futbol Liqasının rəhbərliyi ilə danışıqlarda qərara gələ bildik. Hiss olunur ki, arada buraxdığımız 3 ay bizə çətinliklər yaradıb.
- Milli komandada köməkçi vəzifəsi hələ də boşdur. Əvvəl bu vəzifəni Vaqif Sadıqov yerinə yetirirdi. Sonra o, “Neftçi”yə getdiyinə görə yığmadan ayrıldı. İş elə gətirib ki, indi Sadıqov sərbəstdir. Ola bilərmi ki, yenidən sizin Vaqif Sadıqovla əməkdaşlığınız baş tutsun?
- Əgər bir insan ki, klub məşqçisi olmaq üçün federasiyadan işdən çıxıbsa, ikinci dəfə oraya qayıtmamalıdır. Həmin şəxs klubda işləmək qərar qəbul edibsə, bura qayıtması düzgün olmazdı.
- Siz Vaqif Sadıqovu xəyanətkar hesab edirsiniz?
- Əksinə. Onun böyük klubun baş məşqçisi işləmək üçün şansı yaranmışdı. Bu qərarı nə mən, nə də AFFA rəhbərliyi verib. Onun özünün qərarı belə idi. Təbii ki, belə bir fürsətdən hər kəs istifadə etmək istəyirdi. Nə vaxtsa, özümüzə azərbaycanlı gənc məşqçi götürəcəyik. Ola bilər ki, o, 1 ilə təcrübə toplayıb, böyük klubda işləmək istəyini bildirəcək. Bu, futbolda normal prosesdir. “Neftçi” kimi klubun təklifinin müsbət cavablandırılması normal haldır.
- Yığmamız son iki səfər matçında 2 qol vurub. Sabah bu ənənəni davam etdirə biləcəyəkmi?
- İordaniyanın qapısına cəmi 2 qol vurmağımızdan narazı qaldıq. Öz səhvlərimizi ucbatından 3 yüzfaizlik qol şansını əldən verdik. Lüksemburq İordaniyadan tam fərqli komandadır. İordaniyalıların bizim sürətli oyun göstərəcəyimizi gözləmirdilər. Lüksemburq yığması Avropa üslubunda oynayır və iordaniyalılarla müqayisədə ləngdirlər. Sabahkı oyun çətin olacaq. Əgər sabah 2 qol vura bilsək, uduzmayacağıq.
“Barselona” onun müqaviləsini yenilədi
Mareska maliyyə qalmaqalına münasibət bildirdi
PSJ-dən 2 futbolçusu ilə bağlı qərar
Bu oyun Zerbinin taleyini həll edə bilər
“Hansı kluba gedirəmsə, bəxtim gətirmir”
Premyer Liqa klubları onu hədəfə aldı
Millinin baş məşqçisi sabiq klubuna böyük jest etdi
"İmişli" məşqçisi ilə yollarını ayırdı
AFFA nümayəndəsinə UEFA-dan təyinat
Murad Fətiyev bürünc medal qazandı
Ronaldonun komandasında ciddi itki
İnfantinodan Afrika futboluna böyük vəd
Benin millisindən Argentinaya etiraz
“Sabah” - “Borussiya” matçının biletləri satışa çıxarıldı
Azərbaycan kuboku: Daha 3 komanda mərhələ adladı
Əfsanəvi Matteusdan "Sabah" və "Qarabağ" açıqlaması - Video
Misli Premyer Liqasında 7-ci turun hakimləri açıqlandı
"Arsenal"ın ən çox qazananı olacaq
40 yaşında futbola qayıdır
Qvardiola yenidən "Etihad"da
La Liqa klubunun kapitanı saxlanıldı
"Ronaldo Jesusun üzünə ‘Cəhənnəmə get’ deməli idi”
“Liverpul” "Real"a qarşı
Azərbaycanın iki boksçusu yarımfinalda - Avropa çempionatı
Suarezdən Messiyə vida sözləri
Sərtan Taşkın yenidən Azərbaycan klubunda
Ronaldo 6 aylıq cəza ilə üzləşə bilər
100 milyon təklif olundu, qəbul etmədi
Məşqləri izlətmişdi, cəzası bəlli oldu
Klub qənaət üçün futbolçuların maaşını azalda bilər
Messi üçün şou hazırladılar, azarkeşlər etiraz etdi
Arteta İngiltərənin ən çox qazanan məşqçisi oldu
“Liverpul”un futbolçusu sıradan çıxdı
“Barselona”da qapıçı problemi var
Zelimdən gümüş, Ömərdən bürünc medal - Dünya çempionatı
“Şahdağ Qusar” 6 qollu qələbə qazandı
Azərbaycan kubokunda yeni mövsümə start verildi
Azərbaycan millisi Türkiyə klubu ilə qarşılaşacaq
Səmədov Severinanı mükafatlandırdı
Tanınmış futbolçu karyerasını başa vurdu
Argentina Prezidenti Messiyə təşəkkür etdi
AFFA-dan 3 komandaya texniki məğlubiyyət
“Arsenal” Arteta ilə müqaviləsini uzatdı - Rəsmi