Qus Hiddink Türkiyə millisinə sayğısızlıq etdi

Qus Hiddink Türkiyə millisinə sayğısızlıq etdi
XƏBƏR 2 Mart 2010 / 18:41 2044
-  A +

Türkiyə millisinin yeni baş məşqçisi hollandiyalı mütəxəssis Qus Hiddink türkiyəli jurnalistlərə qarşı sayğısızlıq edib. Qol.Az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, hələlik müqaviləyə əsasən bağlı olduğu Rusiya yığması ilə birgə Budapeştə gələn Hiddinki hava limanında qardaş ölkənin media nümayəndələri qarşılayıb. Jurnalistlər Hiddinkdən milli komandada görəcəyi işlər, gələcək planları haqda soruşmaq istəsələr də, sualları cavabsız qalıb. Hollandiyalı mütəxəssis bildirib ki, o hazırda Türkiyə millisi haqda danışmağa hazır deyil: “Bütün fikirlərimi komandamın sabahkı oyununa yönəltmişəm”. Bu azmış kimi, holland mütəxəssis jurnalistlərin ona hədiyyə etdiyi Türkiyə millisinin formasını almaqdan da imtina edib. Qeyd edək ki, Hiddink sabah Macarıstan yığması ilə yoldaşlıq görüşündən sonra Rusiya yığması ilə vidalaşacaq. Onun TFF ilə bağladığı müqavilə bu ilin avqustun 1-də qüvvəyə minir.

Daha çox


Son xəbərlər