"Rəvan"ın futbolçusu Cəmşid Məhərrəmov adı danışılmış oyunlarda hallandığına görə mövsümün sonuna qədər futboldan uzaqlaşdırılmasına münasibət bildirib.
Millimizin sabiq üzvü Qol.az-a açıqlamasında heç bir günahının olmadığını və cəzalandırılmasının səbəbini deyib:
"Şəmkir"lə oyunda matçın cavan baş hakiminə dedim ki, nəyi görürsən, onu ver, yəni oyunu düzgün idarə et. Mənim bu sözümə görə adımı qara siyahıya salıblar. Hansı ki, həmin oyunla bağlı şikayət də yoxdur. Mənimlə kimin nə prinsipi var, bilmirəm. Bu günə qədər futbolda canımı qoymuşam. AFFA-nın İntizam Komitəsinin üzvlərindən soruşdum ki, mən şübhəli nə etmişəm? Cavab verdilər ki, oyununda heç bir şübhəli məqam yoxdur. Sadəcə, hakimə demisən ki, nəyi görürsən, onu ver. Soruşurlar ki, sən burda nəyə işarə edirdin? Bundan başqa, bizə deyirlər ki, "Rəvan"da maaş verilmir, siz orda nə gəzirsiz? Qardaş, mən indiyə qədər qazandığım pulla özümə şərait qurmuşam. İndi mənə başqa cür pul qazanmaq lazım deyil".
C.Məhərrəmov "Rəvan"ın çempionatdan uzaqlaşdırılması ilə bağlı da fikirlərini bildirib: "Bildiyimə görə, borcu olduğu üçün "Rəvan"ı çempionatdan uzaqlaşdırıblar. Çünki komandamıza xəbərdarlıq etmişdilər ki, borcu ödəmək lazımdır. Dəqiq nəsə deyə bilmərəm. Yəqin ki, rəhbərlik araşdıracaq".
Cari mövsüm futbola aid hər bir məşğuliyyətinə qadağa qoyulan 34 yaşlı müdafiəçi fərdi məşqlər edəcəyini vurğulayıb: "Onsuz da mövsümün sonuna qədər gedib hansısa komandada oynamaq fikrim yox idi. Bu cür məsələlərdən sonra adamın oynamağa həvəsi də olmaz. Qismət olarsa, yeni mövsümdə hansısa komandaya keçərəm".
Qeyd edək ki, C.Məhərrəmovla yanaşı "Rəvan"ın digər futbolçusu Elvin Əliyev də adı danışılmış oyunlarda hallandığı üçün mövsümün sonuna qədər futboldan uzaqlaşdırılıb.
100 milyon təklif olundu, qəbul etmədi
Məşqləri izlətmişdi, cəzası bəlli oldu
Klub qənaət üçün futbolçuların maaşını azalda bilər
Messi üçün şou hazırladılar, azarkeşlər etiraz etdi
Arteta İngiltərənin ən çox qazanan məşqçisi oldu
“Liverpul”un futbolçusu sıradan çıxdı
“Barselona”da qapıçı problemi var
Zelimdən gümüş, Ömərdən bürünc medal - Dünya çempionatı
“Şahdağ Qusar” 6 qollu qələbə qazandı
Azərbaycan kubokunda yeni mövsümə start verildi
Azərbaycan millisi Türkiyə klubu ilə qarşılaşacaq
Səmədov Severinanı mükafatlandırdı
Tanınmış futbolçu karyerasını başa vurdu
Argentina Prezidenti Messiyə təşəkkür etdi
AFFA-dan 3 komandaya texniki məğlubiyyət
“Arsenal” Arteta ilə müqaviləsini uzatdı - Rəsmi
Azərbaycan millisi FİFA reytinqində gerilədi
Jesus Ronaldonun açıqlamasına belə cavab verdi
Keyn İngiltərə millisinin rekordunu təkrarladı
Artetadan maraqlı qərar: Pilotlardan məsləhət alacaq
1-ci liqada 19 günlük fasilə başa çatır
Skaloni Messinin vidasından danışdı
"Baş verənlər biabırçılıqdır” - Modriç
Montellanın Türkiyə millisindəki taleyi bəlli oldu
Avropa çempionatı: Daha 5 boksçumuz 1/4 finala yüksəldi
Tuhel İngiltərə millisində rekorda imza atdı
"Kəpəz"in legioneri Slovakiyaya qarşı oynadı
İspaniya Xorvatiyaya belə qalib gəldi - Video
Bu da son. Əlvida, Messi!.. - Şəkillər
İngiltərə və İspaniyadan qələbə
“Milan” “Barselona”nın futbolçusuna göz dikdi
“Futbolu daha çox sevməyimə səbəb oldun”
“Beşiktaş”ın zədəli futbolçusundan xəbər var
UEFA araşdırmalara başladı
Prezidenti seçildi, sonra vəzifəsindən uzaqlaşdırıldı
“Tariximizin ən yaxşı nəticəsini əldə etdik” - Rəşad Eyyubov
Milli komandanın rekordunu yenilədi
Stas Pokatilovun yığması heç-heçə etdi
Azərbaycan millisindən böyükhesablı qələbə
Qanunsuz oynadı, FİFA tədbir görmədi
AFFA klub rəsmisini cəzalandırdı
Rəşid Məmmədəliyev bürünc medal qazandı - Dünya çempionatı
Azərbaycanın U-20 millisi Yaponiyaya qalib gəldi
Arda Gülerdən daha bir ilk
Di Mariyadan Messi üçün duyğusal vida
"Qarabağ"dan Sefasın durumu ilə bağlı - Açıqlama