Cavid Hüseynov: "Ürəyimə damıb ki, bu dəfə yaxşı nəticə qazanacağıq"

Cavid Hüseynov: "Ürəyimə damıb ki, bu dəfə yaxşı nəticə qazanacağıq"
XƏBƏR 2 Mart 2010 / 14:35 2472
-  A +

Bu gün Bakı vaxtı ilə saat 23:30-da 21 yaşadək futbolçulardan ibarət milli komandamız səfərdə Şotlandiya yığması ilə qarşılaşacaq. Qol.Az-ın AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, millimizin və “Neftçi”nin üzvü Cavid Hüseynov bugünkü matç haqqında fikirlərini bildirib: “Bakıda bu rəqibə məğlub olmuşduq. Bu, çox üzücü idi. Nədənsə ürəyimə damıb ki, bu dəfə yaxşı nəticə qazanacağıq. O ki qaldı mənə, çalışacağam ki, qol vurum. Amma əsas bu deyil. Vacib olan komandamın qələbə qazanmasıdır”.

Son xəbərlər
22.12.25  18:07

Qallaher, yoxsa Neves?