"Karvan" "Qəbələ" ilə yoxlama görüşü keçirəcək

XƏBƏR 2 Mart 2010 / 12:41 1930
-  A +

"Karvan" martın 4-də "Qəbələ" ilə keçiriləcək yoxlama oyununun hazırlıqlarını davam etdirir. Qol.Az-ın PFL-in rəsmi saytına istinadən verdiyi məlumata görə, Yevlax şəhər stadionunda gündə iki dəfə məşq edən komanda çempionatın final mərhələsinə yüksək əhval-ruhiyyədə hazırlaşır. Bir müddət öncə zədəli olan Emin Quliyev və Ernani Pereyranın da komanda yoldaşları ilə birgə məşqlərdə iştirak etməsi məşqçi korpusunu sevindirir. Qeyd edək ki, Premyer Liqada turnir cədvəlinin son pilləsində qərarlaşmış "Karvan" martın 4-də "Qəbələ" ilə yoxlama oyununda qüvvəsini sınayacaq. Qəbələ şəhər stadionunda baş tutacaq qarşılaşma saat 14:00-da başlayacaq.

Son xəbərlər
22.12.25  18:07

Qallaher, yoxsa Neves?