Bakı "İnter"inin qapıçısı Orxan Sadıqlı Topaz Premyer Liqanın 22-ci turunda "Sumqayıt"la oyundan (1:0) sonra jurnalistlərin suallarını cavablandırıb. Qol.az-ın məlumatına görə, o, əvvəlcə matç barədə fikirlərini bildirib.
- Oyun haqda nə düşünürsən? İlk hissədə sanki bir az üşüyürdün…
- Bəli, bir az üşüyürdüm. Qapı elə bir mövqedir ki, sənə top gələndə hərəkət edirsən, yavaş-yavaş oyuna uyğunlaşırsan. Yaxşı ki matç uğurlu alndı. Komanda üçün əlimdən gələni etdim. Yaxşı və pis oynadığımızı deyə bilmərən. Amma əsas olan 3 xalı qazanmaq idi və bunu bacardıq. Növbəti oyunlara hazırlaşacağıq.
- Oyuna əsas heyətdə çıxacağını nə zaman bildin?
- Səlahət Ağayev millinin düşərgəsindən gələndə ağrıları var idi. İki gün öncədən bilirdim ki, bu gün qapını mən qoruyacam. Məncə, pis alınmadı.
- “Sumqayıt” qapısında qol gördükdən sonra təzyiqi bir qədər artırmışdı. Düşünürdün ki, hər an qol buraxa bilərsən?
- Cərimə meydançamızda rəqib futbolçular nə qədər çox olarsa, təhlükə də bir o qədər artar. Həm avtoqol qeydə alına bilər, həm də çıxışda səhv edib, qol buraxa bilərsən. Diqqətimizi səhvsiz oynamağa yönəltmişdik. Sevinirik ki, bunu bacardıq. “Sumqayıt”ın da yaxşı qol imkanları oldu, amma sonda qələbə bizim oldu.
- Bir epizodda risk edərək cərimə meydançasından önə çıxdın və baş zərbəsi ilə topu uzaqlaşdırdın..
- Məşqçimiz bu barədə mənə tapşırmışdı. Mənim öz oyun fəlsəfəmdə də önə çıxmaq var. Ancaq həmin an baş məşqçimiz mənə mövqeyimə qayıtmalı olduğumu dedi. Mən də hiss edirdim ki, topu uzaqlaşdıra biləcəm. Risk etdim və alındı.
- Bu mövsüm sənin meydana çıxdığın oyunlarda “İnter” uduzmayıb…
- Mənlik bir şey yoxdur. Sadəcə, “Xəzər Lənkəran”da qazandığım təcrübənin faydasını burada görürəm. Ehtiyatda olan qapıçı komandasına lazım olanda kömək etməyi də bacarmalıdır. Hər zaman şansımı gözləyəcəm. Əlimdən gələni edəcəm.
- “Xəzər Lənkəran” dağıldıqdan sonra “İnter”ə gəldin. Ancaq “İnter”in də dağılmaq təhlükəsi var..
- Məndən qabaq da bura çox oyunçu gəlib-gedib. “İnter” çempionatın güclü komandalarındandır. Onsuz da Bakı çempionatı gedir, bütün günü paytaxtdayıq. Ötən iclasda AFFA-nın baş katibi Elxan Məmmədov da iştirak edib və bildirib ki, komanda dağılmayacaq. Amma ola bilər ki, komanda maliyyə cəhətdən gücünü itirsin. Hər şey sponsordan asılıdır. Bu, rəhbərliyin işidir.
Məftun RƏSULZADƏ
“Milan” “Barselona”nın futbolçusuna göz dikdi
“Futbolu daha çox sevməyimə səbəb oldun”
“Beşiktaş”ın zədəli futbolçusundan xəbər var
UEFA araşdırmalara başladı
Prezidenti seçildi, sonra vəzifəsindən uzaqlaşdırıldı
“Tariximizin ən yaxşı nəticəsini əldə etdik” - Rəşad Eyyubov
Milli komandanın rekordunu yenilədi
Stas Pokatilovun yığması heç-heçə etdi
Azərbaycan millisindən böyükhesablı qələbə
Qanunsuz oynadı, FİFA tədbir görmədi
AFFA klub rəsmisini cəzalandırdı
Rəşid Məmmədəliyev bürünc medal qazandı - Dünya çempionatı
Azərbaycanın U-20 millisi Yaponiyaya qalib gəldi
Arda Gülerdən daha bir ilk
Di Mariyadan Messi üçün duyğusal vida
"Qarabağ"dan Sefasın durumu ilə bağlı - Açıqlama