"Oyunun ikinci hissəsi bizim üçün həyəcanlı keçdi. Azı heç-heçə etmək istəyirdik. Oyunumuz alınmadı. Alınmamasının səbəbkarı özümüzük. Sanki “Sumqayıt” “İnter”la yox, “Sumqayıt”la oynayırdı. Heyətimiz kasaddır. Ardıcıl məğlubiyyətlərdən qorxurduq. Məğlubiyyətlər gənclərə pis təsir edir. Təcrübəsizlikdən belə hallar baş verir. Əslində pis bir şey yoxdur. Qarşımıza qoyulan məqsədləri yerinə yetiririk. Sonadək mübarizə aparacağıq".
Qol.az-ın məlumatına görə, bu sözləri "Sumqayıt"ın baş məşqçisi Samir Abasov Topaz Premyer Liqanın 22-ci turunda Bakı "İnter"i ilə oyundan (0:1)sonra deyib.
O, ölkə çempionatını 22-ci turunda keçirilən “Qarabağ”la oyunda 3 müdafiəçi ilə oynamalarının səbəbi haqda da danışıb: “Qarabağ”la oyunda sistemi dəyişməyimin səbəbi bu idi ki, onların çox güclü yarımmüdafiə xətti var. "Qarabağ"a əngəl olmaq üçün 3 dayaq yarımmüdafiəçisi ilə oynadıq. Həm də mən göstərmək istədim ki, onlardan çəkinmirik. Bu gün yenidən öz sistemimizə qayıtdıq. Futbolçularımız bu sistemə öyrəşib".
“Milan” “Barselona”nın futbolçusuna göz dikdi
“Futbolu daha çox sevməyimə səbəb oldun”
“Beşiktaş”ın zədəli futbolçusundan xəbər var
UEFA araşdırmalara başladı
Prezidenti seçildi, sonra vəzifəsindən uzaqlaşdırıldı
“Tariximizin ən yaxşı nəticəsini əldə etdik” - Rəşad Eyyubov
Milli komandanın rekordunu yenilədi
Stas Pokatilovun yığması heç-heçə etdi
Azərbaycan millisindən böyükhesablı qələbə
Qanunsuz oynadı, FİFA tədbir görmədi
AFFA klub rəsmisini cəzalandırdı
Rəşid Məmmədəliyev bürünc medal qazandı - Dünya çempionatı
Azərbaycanın U-20 millisi Yaponiyaya qalib gəldi
Arda Gülerdən daha bir ilk
Di Mariyadan Messi üçün duyğusal vida
"Qarabağ"dan Sefasın durumu ilə bağlı - Açıqlama