"Enrikeyə axmaq deyirdilər" - Venger getmir

"Enrikeyə axmaq deyirdilər" - Venger getmir
DÜNYA FUTBOLU 10 Mart 2017 / 14:01 4969
-  A +

“Arsenal”ın baş məşqçisi Arsen Venger özü ilə “Barselona”nın çalışdırıcısı Luis Enrike arasında müqayisə aparıb.

Qol.az-ın “Sky Sports”a istinadən yaydığı xəbərə görə, fransalı mütəxəssis mövsümün sonu Luis Enrike kimi istefa verməsinin mümkünlüyü barədə sualı cavablandırarkən deyib:

“Mən Luis Enrike kimi yorulmamışam. Özümü güclü hiss edirəm və gələcəyə yaxşı motivasiya olmuşam. Klubuma bacardığım nə varsa, verməyə hazıram”.

Venger məşqçilərin ünvanına yönələn tənqidlərə də toxunub: “Çox yox, cəmi 2 həftə əvvəl elə həmin Enrike PSJ-yə məğlubiyyətə görə axmaq adlandırıldı. Hamı tələb edirdi ki, o, getsin. İndi isə Luis Enrike qəhrəmandır. Bax, budur məşqçi işinə qiymət, bu prosesin özəllikləri”.


Son xəbərlər
03.05.24  17:16

Bir dövrün sonu

02.05.24  20:40

Avro-2024-ü buraxacaq