Əfran İsmayılov millinin ən yaxşı debütantı oldu

XƏBƏR 1 Mart 2010 / 12:08 1678
-  A +

Saytımızda aparılan “İordaniya ilə görüşdə millimizin debütantlarından ən çox kimin oyununu bəyəndiniz” adlı İnternet-sorğu başa çatıb. Sorğunun nəticəsinə əsasən, respondentlərin böyük üstünlüyü İordaniya ilə matçda debütantlardan ən çox Əfran İsmayılovun oyununu bəyənib (75.9 faiz). Fərid Quliyev (18.9 faiz), Rauf Əliyev isə (5.04 faiz) səs toplayıb. Xatırladaq ki, rəy sorğusunda bir İP-dən gün ərzində cəmi bir dəfə səs vermək mümkündür.
Qol.Az saytı səsvermədə iştirak etmiş hər bir şəxsə təşəkkürünü bildirir və qeyd edir ki, internet sorğusunda sosioloji parametrləri gözləmək mümkün olmadığından və bir nəfərin bir neçə dəfə səs verməsinin qarşısını almaq üçün tətbiq edilən texniki məhdudiyyətlər şərti xarakter daşıdığından bu tipli sorğuların nəticələri həqiqi ictimai rəylə üst-üstə düşməyə bilər.

Son xəbərlər
03.05.24  17:16

Bir dövrün sonu

02.05.24  20:40

Avro-2024-ü buraxacaq