Noyer sabah oynamaya bilər

Noyer sabah oynamaya bilər
DÜNYA FUTBOLU 6 Mart 2017 / 12:19 2207
-  A +

"Bavariya"nın qapıçısı Manuel Noyer Çempionlar Liqasının 1/8 finalında "Arsenal"la cavab oyununu buraxa bilər.

Qol.az-ın Almaniya mətbuatına istinadən yaydığı xəbərə görə, 30 yaşlı qolkiperin baldır əzələsində problem yaranıb. Buna görə o, son məşqi qum üzərində fərdi qaydada keçib.

Əgər Noyer bu görüşü buraxsa, Münhen klubunda qapını böyük ehtimalla Sven Ulrayx qoruyacaq.

Qeyd edək ki, "Arsenal" - "Bavariya"  matçı sabah Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.


Son xəbərlər
topaz banner