"Arsenal" - "Bavariya" oyununda yunan hakimlər

"Arsenal" - "Bavariya" oyununda yunan hakimlər
DÜNYA FUTBOLU 6 Mart 2017 / 11:19 2212
-  A +

Çempionlar Liqasında 1/8 finalında sabah keçiriləcək "Arsenal" - "Bavariya" oyuna hakim təyinatları açıqlanıb.

Qol.az-ın UEFA-nın saytına istinadən yaydığı xəbərə görə,  matçı Yunanıstan Futbol Federasiyasından Tasos Sidiropoulos idarə edəcək. Ona Damianos Efthumiadis, Poluçoronis Kostaras köməklik edəcək. Dördüncü hakim funksiyasını Lazaros Dimitriadis yerinə yetirəcək.

Qeyd edək ki, "Arsenal" - "Bavariya" görüşü sabah Bakı vaxtı ilə saat 23:45-də  başlayacaq. Bu komandalar arasında ilk matçda Münhen klubu 5:1 hesabı ilə qalib gəlib.


Son xəbərlər
topaz banner